Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İşaxtarma texnologiyaları və modulları” mövzusunda təlimlərə başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən ali təhsil müəssisələrində tələbələr üçün “İşaxtarma texnologiyaları və modulları” mövzusunda təlimlərə start verilib.

Təlimlərin keçirilməsində məqsəd tələbələrə əmək bazarı haqqında məlumat verilməsi, onlara müasir işaxtarma bacarıqlarının öyrədilməsi və ali təhsil müəssisəsini bitirdikdən sonra əmək bazarına daha asan inteqrasiya olunmalarına dəstək verilməsidir. İştirakçılara karyera planlaması, peşə-ixtisas bacarıqlarının və işgüzar keyfiyyətlərinin işəgötürənə düzgün təqdimat edilməsi, CV, rezume yazılması, işəgötürənlər müsahibəyə hazırlıq və digər mövzular üzrə nəzəri və praktik biliklər öyrədilir.

Təlimlər ilin sonuna kimi ümumilikdə 8 ali təhsil müəssisəsində keçiriləcək.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 Dekabr 2019 12:57 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə