Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il 107,7 min vətəndaşa peşəyönümü məsləhət xidməti göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti  tərəfindən bu il 107,7 minə yaxın vətəndaşa  peşəyönümü məsləhət xidməti göstərilib.     

Onlardan 32,5 min nəfəri işaxtaran şəxslər, 75,2 min nəfəri isə məktəblidir.  İştirakçılara düzgün peşə seçmək üçün nələrə diqqət edilməsi, işəgötürənlər tərəfindən tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verilib. Əmək bazarında mövcud vəziyyətlə bağlı təqdimatlar edilib. Şagirdlərlə müsahibə və testlər keçirilib. Həmçinin Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə    məlumatlar verilib.

Peşəyönümü xidmətinin əsas hədəf qrupları Məşğulluq Mərkəzlərində qeydiyyatda olan işaxtaran və işsiz vətəndaşlar, məktəbəqədər təhsil müəssisələrinin uşaqları, orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlər, sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupları, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar, orta-ixtisas və ali təhsil müəssisələrinin tələbələridir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti"

17 Dekabr 2019 12:43 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə