Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa Liqasında 1/16 final cütlükləri müəyyənləşdi

Avropa Liqasında 1/16 final cütlükləri müəyyənləşdi

UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə Avropa Liqasının qruplarından ilk iki yerin sahibi və Çempionlar Liqasında qrup üçüncüləri kimi mərhələ adlamış 32 komanda iştirak edib.

Türkiyənin yeganə təmsilçisi "Başakşehir" "Sportinq"lə (Portuqaliya) qarşılaşacaq.

"Qarabağ"la A qrupunda mübarizə aparmış "Sevilya" bu mərhələdə "CFR Kluj" (Rumıniya), APOEL isə "Bazel"lə (İsveçrə) üz-üzə gələcək..

Püşkatmanın ümumi nəticələri belədir:

1/16 final

"Vulverhempton" (İngiltərə) - "Espanyol" (İspaniya)

"Sportinq" (Portuqaliya) - "Başakşehir" (Türkiyə)

"Xetafe" (İspaniya) - "Ayaks" (Hollandiya)

"Bayer" (Almaniya) - "Portu" (Portuqaliya)

"Kopenhagen" (Danimarka) - ""Seltik" (Şotlandiya)

"Apoel" (Kipr) - "Bazel" (İsveçrə)

"CFR Kluj" (Rumıniya) - "Sevilya" (İspaniya)

"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)

"AZ Alkmar" (Hollandiya) - "Lask" (Avstriya)

"Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)

"Ludoqorets" (Bolqarıstan) - "İnter" (İtaliya)

"Ayntraxt Frankfurt” (Almaniya) - "Zalsburq" (Avstriya)

"Şaxtyor" (Ukrayna) - "Benfika" (Portuqaliya)

"Volfsburq" (Almaniya) - "Malmö" (İsveç)

"Roma" (İtaliya) - "Gent" (Belçika)

"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)

Qeyd edək ki, bu mərhələnin ilk oyunları gələn il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

16 Dekabr 2019 16:46 - İDMAN
İDMAN
26 Fevral 2020 | 22:04
Vilmar Valdes cəzalandırılıb
26 Fevral 2020 | 12:10
Salah 69-cu qolunu vurdu
25 Fevral 2020 | 20:19
Ersun Yanal istefa verib
25 Fevral 2020 | 14:06
Mbappe 85-ci qola imza atıb

Köhnə versiyamızdan xəbərləri izlə