Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dekabr ayının sonunadək Azərbaycan Ordusunda 200 mindən artıq ağac əkiləcək

Dekabr ayının sonunadək Azərbaycan Ordusunda 200 mindən artıq ağac əkiləcək

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ağacəkmə təşəbbüsünə qoşulan Azərbaycan Ordusunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, aksiya çərçivəsində ötən həftənin şənbə və bazar günləri ərzində birlik, birləşmə, hərbi hissələr, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, idarə və təşkilatların ərazilərində müxtəlif növdə 40 min ağac əkilib. Aksiya başlayandan bu günədək ordu hissələri tərəfindən  ümumilikdə 100 mindən artıq ağac əkilib.
Qeyd edək ki, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Ordusunda mütəmadi olaraq genişmiqyaslı yaşıllaşdırma işləri aparılır.
Ətraf mühitin mühafizəsinə və yaşıllıqların artırılmasına töhfə verən bu cür ağacəkmə aksiyalarının davamlı olaraq keçirilməsi və dekabr ayının sonunadək 200 mindən artıq ağacın əkilməsi planlaşdırılır.

 

“Xalq qəzeti”

16 Dekabr 2019 16:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə