Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dədə Qorqud yarımdalma qazma qurğusu KPS-4 quyusuna çatıb

Dədə Qorqud yarımdalma qazma qurğusu KPS-4 quyusuna çatıb

Reaktivasiyası yekunlaşan Kaspian Drilinq Kompani Limited məhdud məsuliyyətli cəmiyyətinə (KDK) məxsus Dədə Qorqud yarımdalma qazma qurğusu Equinor və SOCAR şirkətlərinin pay sahibi olduğu (50%-50%) “Qarabağ” yatağında qazma əməliyyatlarına başlamaq üçün 15 dekabr 2019-cu il tarixdə KDK-yə məxsus Dəniz və Logistika Bazasından yola çıxıb və dekabrın 16-da saat 15:00 radələrində yatağın KPS-4 quyusuna çatıb.

KDK-dən Trend-ə verilən məlumata görə, qurğu layihənin operatoru Equinor şirkəti üçün qazma əməliyyatlarını həyata keçirəcək.

 

“Xalq qəzeti”

16 Dekabr 2019 16:33 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə