Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftdən nə xəbər?!

Neftdən nə xəbər?!

Dünya  bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,60 faiz artaraq bir bareli 65,16 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,45 faiz artaraq bir bareli 60,54, Azərbaycanın “Azerlight” markalı neftinin qiyməti 0,71 faiz artaraq bir bareli 70, 39 dollar olub.

Ekspertlər bildiriblər ki, OPEC+ dövlətlərin  hasilatı əlavə  azaltmaq  barədə razılaşmaları öz töhfəsini verib. Lakin OPEC+ daxil olmayan ölkələr neft hasilatını və ixracını kəskin artırıblar ki, bu da dünya bazarında istər-istəməz “qara qızıl”ın qiymətinə mənfi təsir göstərir.

 

Qəzənfər QASIMOV,
”Xalq qəzeti"

16 Dekabr 2019 16:04 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə