Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atıldı

UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə rəqiblər bəlli olub.

Turnirin son qalibi "Liverpul" Madridin "Atletiko" klubu ilə qarşılaşacaq. "Real" "Mançester Siti"yə, "Barselona" isə "Napoli"yə rəqib olub.

Püşkün nəticələri belədir:

1/8 final

"Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)

"Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

"Atalanta" (İtaliya) - "Valensiya" (İspaniya)

"Atletiko" (İspaniya) - "Liverpul" (İngiltərə)

"Çelsi" (İngiltərə) - "Bavariya" (Almaniya)

"Lion" (Fransa) - "Yuventus" (İtaliya)

"Tottenhem" (İngiltərə) - "Leyptsiq" (Almaniya)

"Napoli" (İtaliya) - "Barselona" (İspaniya)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

16 Dekabr 2019 15:37 - İDMAN
İDMAN
18 Sentyabr 2020 | 12:01
Suaresin taleyi sual altındadır
18 Sentyabr 2020 | 00:12
Müqavilənin müddəti uzadılıb

Köhnə versiyamızdan xəbərləri izlə