Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazirlikdən pensiyaçılara XƏBƏRDARLIQ

Nazirlikdən pensiyaçılara XƏBƏRDARLIQ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bəzi KİV-lərdə dələduzların pensiyaçı şəxslərə zəng edərək onlara pensiya məbləğlərinin artdığını bildirməsi, artan məbləğin guya pensiya kartlarına yüklənməsi üçün onlardan pensiya kartlarının nömrələrini istəmələri barədə məlumat yayılmasına münasibət bildirib. 

F.Talıblı Oxu.az-a  açıqlamasında qeyd edib ki, burada onların məqsədi pensiyaçıları aldadaraq onların kartlarından vəsait oğurlamaqdır:

“Ona görə də pensiyaçıların diqqətinə çatdırırıq ki, heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz və heç kimə öz kart məlumatlarını verməsinlər.

Onu da bildirim ki, pensiya artdığı halda heç bir pensiyaçıya bu barədə evinə zəng edib məlumat verilmir, sadəcə olaraq artan məbləğ avtomatik şəkildə hesablarına köçürülür”.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

16 Dekabr 2019 15:12 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə