Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin deputatı Flora QASIMOVA: Nəqliyyatın mövcud infrastruktur xərcləri ilə müqayisədə artım elə də ciddi deyil

Tarif (qiymət) Şurasının 2018-ci il iyulun 30-da keçirilən iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlərin müraciətləri nəzərə alınmaqla ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Qiymətlər artırılandan sonra da Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı MDB ölkələrinin əksəriyyətindən aşağı olacaq.

Tarif (qiymət) Şurasının qəbul etdiyi qərara münasibət bildirən Milli Məclisin deputatı Flora QASIMOVA dedi ki, iqtisadiyyatın bütün sahələrində qiymət dəyişiklikləri həmişə əhalinin, xüsusilə də alıcı və xidmət istifadəçilərinin narazılığı ilə qarşılanır. Bu, normal haldır və hesab edirəm ki, başadüşüləndir: “Ancaq söhbət dövlət tərəfindən tənzimlənən qiymətlərdən gedirsə, demək, bunun bir əsası var. Nəzərə almaq lazımdır ki, Azərbaycanın 27 illik müstəqillik tarixi var. Bu müddət ərzində iqtisadi, siyasi və mədəni sahələrdə qazanılan uğurlar postsovet dövlətləri ilə müqayisədə çox yüksəkdir. Dünyanı maliyyə böhranı bürüdüyü illərdə, ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, sosial layihələr uğurla icra olundu, yeni iş yerləri açıldı, əmək haqları artırıldı. Ötən müddət ərzində enerji daşıyıcılarının da qiyməti artırılıb, ancaq həmin vaxt dövlətimizin başçısının göstərişi ilə sərnişindaşıma nəqliyyatı üzrə qiymətlər artırılmadı. Düz on il bu sahədə heç bir qiymət artımı müşahidə olunmadı. Nəzərə almaq lazımdır ki, hazırkı şəraitdə nəqliyyat infrastrukturu, nəqliyyatın xərcləri daha çox maliyyə vəsaiti tələb edir. Çünki respublikamızın bütün ərazisində yollar yenilənir, modernləşdirilir, müasir tələblərə cavab verən nəqliyyat vasitələri alınır. Hesab edirəm ki, bütün bunların əvəzində qiymət artımı elə də ciddi deyil”.

Metropolitenə ayırdığı subsidiyanın çox cüzi bir hissəsini kompensasiya edir. Yeri gəlmişkən, son illər metro stansiyalarında aparılan yenidənqurma işləri, göz oxşayan səliqə-sahman, yeni vaqonların alınması dövlət vəsaiti hesabına başa gəlib. Bütün bunları nəzərə alsaq, sərnişindaşıma üzrə nəqliyyatda qiymətlərin artırılmasını vaxtı çatmış məsələ hesab etmək olar. Cüzi artım əhali tərəfindən də ciddi narazılıqla qarşılanmadı.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

4 Avqust 2018 10:37 - MÜSAHİBƏ
MÜSAHİBƏ
31 Oktyabr 2020 | 11:21
Qarabağın atları da şahanədir

Köhnə versiyamızdan xəbərləri izlə