Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Radikal müxalifətin siyasi dividend alveri

Radikal müxalifətin siyasi dividend alveri

Hüquq müdafiəçisi Oqtay  Gülal;yevin  avtomobil qəzası nəticəsində ağır xəsarət alması və Türkiyədə müalicə olunması radikal müxalifətə ölkədə “insan hüquq və azadlıqlarının pozulması barədə”  “ qatı açılmamış  fakt”  verib və onlar seçkiöncəsi aranı qarışdırmaq üçün sanki  dəyərli bir şey tapıblar. Beşinci çağırış Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Türkiyədə müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı son günlər mətbuatda və sosial şəbəkələrdə aparılan müzakirələrə, yayılan şayiələrə, bu prosesi siyasiləşdirməyə çalışanlara və Heydər Əliyev Fondu tərəfindən göstərilən köməyə kölgə salmaq istəyənlərərə  münasibət bildirərkən dedi:

- Hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı Heydər Əliyev Fondunun göstərdiyi  dəstəyi kifayət qədər qiymətləndirməyənlərin  hələ də ağı – qaradan seçməyi bacarmaq qabiliyyətlərinin olmamasına  təəssüf edirəm.  Oqtay Gülalıyevin bir avtoqəza nəticəsində  komaya düşdüyü hər kəsə bəllidir. Bunu dərhal siyasiləşdirməyə çalışanlar pusquda dayanıb ovunu gözləyənlərə bənzəyirlər. Birinin faciəsi üzərində digərlərinin, xüsusilə radikal müxalifətin dərhal bundan siyasi dividend əldə etməyə çalışması nankorluqdur. Bu prosesi təbliğat mənbəyinə çevirərək, Oqtay Gülalıyevə qarşı dövlət tərəfindən sui-qəsdin  təşkil edilməsi kimi, fikirlər formalaşdırmağa çalışanlar isə anti- Azərbaycan qüvvələrin sifarişlərini yerinə yetirənlərdir. Heydər Əliyev Fondunun yerində və zamanında siyasi mənsubiyyətindən asılı olmayaraq, Oqtay Gülalıyevin  səhhəti ilə bağlı məsələnin ağır olduğunu bilərək, onun müalicəsini öz üzərinə götürməsi və hüquq müdafiəçisinin müalicəsinin dərhal Türkiyədə davam etdirilməsi üçün xüsusi təyyarə çağıraraq qardaş ölkəyə  göndərməsi,  xəbis niyyətli insanların arzusunu ürəyində qoydu. Çox təəssüf ki, bundan sonra da müxtəlif vasitələrlə  bu cür humanist işə kölgə salmağa çalışdılar.  Hətta, Oqtay Gülalıyevin ailə üzvlərinə qədər gedib çıxaraq müxtəlif fikirlərin formalaşması üçün onlardan istifadə etməyə çalışdılar.

Heydər Əliyev Fondunun  bu cür humansit addımlar atmasına kölgə salmağa çalışan  radikal müxalifət nümayəndələrinin belə hadisələrdən siyasi dividend qazanmasına təəssüfləndiyini bildirən hüquq müdafiəçisi  onların belə yalan və şayiələrlə heç nəyə nail ola biməyəcəklərinə əminliyini ifadə etdi. Dedi ki, Heydər Əliyev Fondunun bu cür humanist dəstəyi təkcə Oqtay Gülalıyevlə bağlı deyil: “Bu vaxta qədər fond tərəfindən çoxsaylı insanlara  bu cür dəstəyin göstərilməsinin  şahidi olmuşuq. Hətta, fond  bir çox insanların xəstəliyinin xərclərini üzərinə götürməklə xarici ölkələrə göndərilməsinə  kömək edib. Həmin adamlar müalicə olunaraq Vətənə qayıdıblar.  Belələrini saymaqla qurtaran deyil. Təbii ki, bunu alqışlamaq lazımdır. Heydər Əliyev Fondu təkcə tibb sahəsində deyil, müxtəlif istiqamətlərdə  uğurlu nəticələrə imza atıb. İstər musiqimizin, ədəbiyyatımızın, incəsətimizin inkişafında, istərsə də ayrı-ayrı vətəndaşlara bu və ya digər formada dəstək olunmasında, mənzillərin verilməsində, səhhətində problem olanlara dəstək göstərilməsində olduqca vacib və humanist addımlar atıb və bu gün də atmaqdadaır. Təəssüf ki,  radikal müxalifət bu cür humanist işləri  görsə də, həzm edə bilmir”.

Ç.Qənizadə  dedi ki, bütün bu xeyirhahlığa, humanist əməllərə və xeyirxah missiyaya görə Heydər Əliyev Fonduna  xüsusilə, Birinci vitse-prezident Mehriban xanımın  Əliyevaya minnətdar olmalıyıq: “Bu gün Oqtay Gülalıyevə on minlərlə  dollar vəsait xərcləyərək yardım göstərən dondun fəaliyyətinə kölgə salmaq istəyənlər, görəsən, özləri 10 manat da olsa. yardım göstəriblərmi? Sadəcə olaraq onlara səslənirəm ki, əgər vicdanları varsa, heç olmasa, vicdanlarının səsinə qulaq assınlar və həqiqəti etiraf etsinlər. Bu, humanizmə kölgə  salmaq  cəhdi və yalan məlumatlar  yaymaqla  çaşqınlıq yaratmaq, bu yola siyasi dividend qazanmaq istəyənlərlə  yalnız bir ad vermək olar: nankor.”

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

16 Dekabr 2019 15:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə