Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mircavadov: "Bu komanda cari mövsümdə də çempion olacaq"

"Qarabağ" bu dəfə də Avropa Liqasının 1/16 finalına çıxa bilmədi. Bu da təmsilçimizin qrupda 3-cü yeri tutmasına görə oldu.

"Qarabağ"ın sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Sport24.az-a müsahibəsinə Azərbaycan çempionunun çıxışını dəyərləndirməklə başladı.

- Qrupumuz elə də gücül deyil. Yalnız bir aşkar lider vardı - "Sevilya". İkinci yer uğrunda mübarizə digər 3 komanda arasında gedirdi - "Qarabağ", "Düdelanj" və APOEL. Bizim klub Kipr təmsilçisindən zəif deyildi. Hələ deyərdim ki, "Qarabağ" oyun planında APOEL-i üstələyirdi. Ağdmalıların əsas problemi qolçunun yoxluğu idi. Komanda qurulanda, heyətində liderlər olur. Komandanın onurğa sütununu nəzərdə tuturam - mərkəz müdafiəçisindən mərkəz hücumçusunadək. Təəssüf ki, "Qarabağ"da lider hücumçu olmadı. Hər matçda Qurban Qurbanovun yetirmələrinin çoxlu qol imkanı vardı. Təəsüf ki, bunları rellaşdırmamaq təmsilçimiz pis vəziyyətdə qoydu. Bu da belə nəticəyə gətirib çıxardı. 

 - Sizcə, "Qarabağ"da keyfiyyət, yoxsa kəmiyyət "axsayırdı"?

-  Komandada 25 futbolçu da ola bilər, 30 futbolçu da. Ancaq istifadə oluna bilən 18 nəfərdi. Burda söhbət kəmiyyətdə yox, keyfiyyətdədi. Komandada liderlər nə qədər çoxdursa, müsbət nəticəyə şans bir o qədər çoxdu. Hər dəfə millini müzakirə edirik. Təkrar edirəm ki, yığma komandada sadəcə, futbolçular yox, klublarının liderləri çağırılmalıdı. "Qarabağ"ın çıxışına qayıdaraq son matça toxunmaq istəyirəm. Bəli, "Düdelanj" Lüksemburada məğlub edilmişdi, ancaq Bakıda ağdamlılar motivasiya olunmamışdı. Komanda bunu aydın şəkildə başa düşməlidir ki, azarkeşlər üçün oynayır. Buna görə də turnir cədvəlindəki vəziyyətdən asılı olmayaraq, hər matça tam məsuliyyətlə hazırlaşmaq lazımdır ki, hər dəfə imkan daxilində daha çox fanatı oyununa cəlb edəsən. Futbolçu öz üzərində işləməlidi. 

- "Qarabağ" belə futbolçu seçimiylə qış fasiləsinədək tükəndisə, onda digər komandalarımızdan avrokuboklarda nə gözləyək?

- Özünüz suala cavab verdiniz. Həmişə demişəm ki, çempionatda yer tutmaq və Avropaya vəsiqə qazanmaq asandı. Bizdə nə baş verir? İlk növbədə vəsiqəyə sahib olmaq istəyirlər, artıq bundan sonra Avropa səviyyəsində çıxış etmək haqda düşünürlər. iki aya yığılan komanda hansı nəticəni göstərməyə qadirdi? Avrokuboklara tam səviyyədə hazırlıq 1 ildən az olmur. Bura infrastruktur da daxildi, məşqçilər korpusu da, futbolçular da. Komanda yaranır, heyət komplekləşdirilir, adaptasiya dövrü gedir və yalnız bundan sonra kollektivi avrokuboklara hazır saymaq olar. Bizdə isə çempionat mayda bitir və yalnız bundan sonra avrokuboklar haqda düşünürlər. Hansı ki artıq 2 ay sonra başlayır. Bəli, komadanı gücləndirmək məqsədilə bir neçə futbolçu cəlb olundu, axı onların da adaptasiya üçün vaxtı olmur. Bir neçə aya yeni, güclü komanda qurmaq mümkün deyil!

- Hesab edirsiniz ki, "Qarabağ"da liderlər çatışmır?

- Liderlər var, bu, şübhəsizdi. Əks təqdirdə, bu komanda ardıcıl çempion olmazdı, Avropa Liqasının qrupuna düşməzdi. Fikrimcə, bu mövsümdə də "Qarabağ" çempion olacaq. Söhbət ondan gedir ki, komandada liderlərin sayını artırmaq lazımdı.

- Hamı bir ağızdan deyir ki, "Qarabağ"ın APOEL-lə matçlarda bəxti gətirmədi. Göyə hələ nə qədər peyklər buraxmağımız lazımdır ki, Futbol Tanrısıyla Azərbaycan futbolu arasında əlaqələri yoluna qoyaq?

- Əla sualdı (gülür). Həyatda belə formula var ki, mən də bugünədək ondan istifadə edirəm - güclülərin bəxtə ehtiyacı yoxdu.

 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

16 Dekabr 2019 12:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır
18 Sentyabr 2020 | 09:24
SOS: Dərmanların yan təsiri...

Köhnə versiyamızdan xəbərləri izlə