Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sağ əli o biri nankorların başına

Sağ əli o biri nankorların başına

2018-ci ildə keçirilmiş prezident seçkiləri ərəfəsində xaricdə oturub Azərbaycana qarşı şər-böhtan yağdıran söyüş müxalifətinin təmsilçilərinə xitabən demişdim: “Darıxmayın, Azərbaycanın hüquq mühafizə orqanları sizin hamınızı bir-bir Bakıya gətirəcəklər!” Həmin proqnoz dövri olaraq, reallaşır.

Elə bu günlərdə də, həmin  məzmunlu bir xəbər eşitdik. Bildirilir ki, Azərbaycan Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib.

Dövlət Miqrasiya Xidmətinin məlumatında  bildirilir ki,  Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar E.İsayev dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

 

İ.MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

16 Dekabr 2019 12:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə