Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan” adlı gəmi-bərənin istifadəyə verilmə tarixi bəlli oldu

“Azərbaycan” adlı gəmi-bərənin istifadəyə verilmə tarixi bəlli oldu

“Azərbaycan” adlı ropaks tipli gəmi-bərəsi 2020-ci ilin may ayında istifadəyə veriləcək. 

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev bildirib ki, sözügedən gəmi-bərə ilə həm vaqon, yük, həm də 100 nəfərə yaxın sərnişinin daşınması mümkün olacaq:

“İnşasının növbəti mərhələsinin davam etdirilməsi məqsədilə yeni suya salınan RoPax tipli  “Azərbaycan” bərə-gəmisinin gövdə hissəsinin inşası 100 faiz başa çatıb. Unikal RoPax tipli gəmi-bərənin uzunluğu 154,50, eni 17,7 metr, sürəti 14 uzelə bərabər olacaq. Gəmi 56 vaqon-çən, 50 yük maşını və 100 sərnişin daşımaq imkanına malikdir. Heyət sayı 30 nəfərdən ibarət olacaq bu tipli gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb”.

Mehman Mehdiyev bildirib ki, geriyə qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə gəmi-bərə Zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlarla suya salınıb.

Qeyd edək ki, “Azərbaycan” RoPax tipli bərə gəmisi, eləcə də, hazırda inşası davam edən daha bir ədəd eyni tipli bərə gəmisi Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcək.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

16 Dekabr 2019 11:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə