Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Şimali Kiprdə möhkəmlənir

Türkiyə Şimali Kiprdə möhkəmlənir

KKTC (Şimali Kipr Türkiyə Respublikası) hökuməti, Geçitkale Hava limanından Şərqi Aralıq dənizində Türk Silahlı Qüvvələrinə aid pilotsuz təyyarələrin istifadəsini təsdiqlədi.

Baş nazir Ersin Tatar, mövzunun ümummilli bir mövzu olduğunu və heç kimin buna qarşı çıxa bilməyəcəyini söylədi. Silahlı və silahsız PUA-ların Geçitkale-də yerləşdiriləcəyini bildirdi.

Ersin Tatar verdiyi açıqlamada, "Türkiyə Respublikası ilə birlikdə qərarlı addımlar atılmaqdadır. Təhlükəsizlik səbəbi ilə, PUA-ların istifadəsi üçün Geçitkale Hava limanının ayrılması ilə əlaqədar toplantı keçirildi. Müzakirələrdən sonra Türkiyə Respublikasının və KKTC-nin (Şimali Kipr Türkiyə Respublikası) Şərqi Aralıq dənizidəki təhlükəsizlik məsələlərini nəzərə alaraq belə bir təsisi qurmaq qərarını aldıq. Bu zərurətdən doğan bir məsələ idi."

Qeyd edək ki, qərara əsasən Şərqi Aralıq dənizində qazma işləri ilə məşğul olan türk gəmilərini müşayiət edən Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına aid ANKA və Bayraktar PUA-ları bölgədə daha uzun uçuşa imkan verə biləcək Geçitkale hava limanından istifadə edəcək.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

16 Dekabr 2019 11:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə