Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərdoğan: “İlham Əliyev məni gözləyir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Avro-2020”də Türkiyənin keçirəcəyi iki görüşü izləmək üçün Bakıya gələcək.

Bu barədə R.T.Ərdoğan Türkiyənin media əməkdaşlarına verdiyi müsahibəsində bildirib.

R.T.Ərdoğan müsahibədə, Azərbaycan Prezidenti İlham Əliyevin onu Bakıya dəvət etdiyini bildirib.

“İlham Əliyev qardaşımla görüşdük, o da məni gözləyir. İnşallah, oraya gedər və qrupdan uğurla çıxarıq”, - deyə Türkiyə Prezidenti əlavə edib.

Qeyd edək ki, futbol üzrə “Avro-2020”nin A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının təqvimi müəyyənləşib.

İyunun 13-də Uels-İsveçrə, dörd gün sonra Türkiyə-Uels, ayın 21-də isə İsveçrə-Türkiyə oyunları keçiriləcək.

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər üç oyununu Roma şəhərindəki “Olimpiko” stadionunda keçirəcək.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

16 Dekabr 2019 11:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə