Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Siçan ili necə keçəcək?

Siçan ili necə keçəcək?

2020-ci il ağ metal siçan ili olacaq. İlin elementi metal, rəngi isə ağdır. "Metal" əzm, mübarizə, dözümlülük, qətiyyət kimi keyfiyyətləri ilə fərqlənir. Azadlıq uğrunda mübarizə aparan "Siçanların" xarakteri daha sərtdir. Odur ki, onlarla dil tapmaq asan olmayacaq və bütün qüvvənin səfərbər olunması tələb olunacaq.

Çin təqviminə görə, Yeni il adət etdiyimiz kimi yanvarın 1-dən başlamır, Qaban öz yerini 25 yanvarda Siçana təqdim edəcək. Çinlilər gələn ilin himayədarını sakitləşdirmək üçün hər cür səy göstərirlər ki, il uğurlu olsun.

Bir çoxu 2020-ci ilin gəlişindən qorxur, çünki gələn ilin çətinlik, fəlakət və problemlərlə dolu olduğunu düşünür. Əslində isə belə deyil. 2020-ci il ailə qurmaq və ailənin böyüməsi üçün ən uyğun zamandır. Ağ rəng saflığı, səmimiyyəti və xoş niyyəti simvolizə edir. İlin simvolu hədəflərinə dürüst yolla çatanlara, ətrafdakılara hörmətlə yanaşan və təbiəti qoruyan insanlara kömək edəcək. Məqsədlərinə qeyri-qanuni şəkildə çatmağa çalışanlar isə uğursuzluq və məyusluğa düçar olacaq.

Əlbəttə ki, çətinliklər qaçılmazdır, məsələn, tələbkar himayədarın rəğbətini qazanmaq üçün çox səy göstərməlisiniz. Əgər qətiyyətli, özgüvənli və başqalarına qarşı xeyirxah olsanız, qorxacaq heç bir şey yoxdur, ilin sahibi kömək etmək üçün əlindən gələn hər şeyi edəcək.

Həm də maliyyə cəhətdən uğurlu olacaq, çünki ilin himayədarı diqqəti və sərvəti çox sevir. Maliyyə vəziyyətini vicdanla necə artıra biləcəyinizi düşünün, ilin simvolu bu işdə məmnuniyyətlə sizə dəstək olacaq.

2020-ci ilin ikinci yarısında həyatın bir çox sahəsində ciddi dəyişikliklər gözlənilir, tamamilə gözlənilməz, bəlkə də xoşagəlməz hadisələr olacaq.

 

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 Dekabr 2019 11:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə