Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pentaqon Ərdoğanın İncirlik bazası barədə sözlərini şərh edib

Pentaqon bildirib ki, ABŞ Türkiyənin hərbi bazalarını, o cümlədən İncirlik aviabazasını yalnız Ankaranın icazəsi ilə istifadə edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İncirlik və Kürecik bazalarının ABŞ üçün bağlana biləcəyinə dair sözlərini şərh edərkən Pentaqon bəyan edib ki, ABŞ qüvvələri Türkiyənin hərbi bazalarını, o cümlədən İncirlik aviabazasını yalnız Ankaranın icazəsi ilə istifadə edir: “Biz Türkiyədəki qüvvələrimizin statusunu NATO üzrə müttəfiqimizlə əməkdaşlığımıza və onu qorumağa bağlılığımızın simvolu kimi görürük".

Qeyd edilir ki, Türkiyə NATO-nun Əfqanıstanda, Kosovoda, İraqda missiyalarına töhfə verir və ABŞ Milli Təhlükəsizlik Strategiyasının məqsədləri üçün vacib rol oynayır: "Biz Türkiyəni S-400 və digər fikir ayrılığı yaranmış sahələr ilə əlaqədar daha konstruktiv siyasət yürütməyə çağırırıq və bu münasibətləri qorumağa çalışırıq".
 

“Xalq qəzeti”

16 Dekabr 2019 11:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə