Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabirabadda ulu öndər Heydər Əliyevin anım mərasimi

Sabirabadda ulu öndər Heydər Əliyevin anım mərasimi

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların kollektivləri, ümumtəhsil məktəblərinin müəllimləri və ictimaiyyətin nümayəndələri  iştirak etmişlər. Tədbir  iştirakçıları rayon mərkəzindəki Heydər Əliyev Parkına gələrək dahi öndərin abidəsi önünə gül dəstələri düzmüş, ümummilli liderin xatirəsini ehtiramla yad etmişlər.
Anım mərasimində çıxış edən Sabirabad  Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ulu öndərin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən söhbət açaraq vurğulamışdır ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin ölkəmizin tərəqqisi, çiçəklənməsi naminə gördüyü əvəzolunmaz işləri Azərbaycan xalqı heç zaman unutmayacaqdır.
Natiq ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi illərdə dövlət quruculuğu sahəsində qazanılmış uğurlardan, milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söhbət açmışdır. Qeyd etmişdir ki, xalqımız əsrlər boyu qazandığı nailiyyətləri, ali keyfiyyətləri Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına salmış, millət kimi mövcudluğunu, öz dövlətini idarə etmək bacarığını bütün dünyaya nümayiş etdirmişdir. 

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

14 Dekabr 2019 21:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə