Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Seçki Komissiyasının iclası

Dekabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. 

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2019-cu il 11 dekabr tarixli iclasının protokolu təsdiq olunub.
Sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və Böyük Azərbaycan Partiyasının 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınmasına dair müraciətlərə baxılıb. Komissiya sözügedən partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verib. 
İclasda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq istiqamətində müxtəlif məsələlərə dair statistik göstəricilər diqqətə çatdırılıb, həmçinin 2020-ci fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı nəzərdə tutulan genişmiqyaslı maarifləndirmə proqramı barədə ətraflı məlumat verilib.

14 Dekabr 2019 20:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə