Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər”

“Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər”

Azərbaycan–Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzində AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent, nəsimişünas alim Səadət Şıxıyevanın bu adda yeni kitabının təqdimatı keçirilmişdir.

Kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Mirzə İbrahimov adına Kitab Fondu” İctimai Birliyinin “Nəsimi yaradıcılığının elmi - nəzəri tədqiqi” layihəsi əsasında çap olunmuşdur.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri və kitabın elmi redaktoru Esmira Fuad bildirmişdir ki, Azərbaycan və türk dünyasında nəsimişünaslıq elminə öz tövhəsini vermiş Şəadət Şıxıyevanın bu kitabı uzun illər gərgin zəhmətinin məhsuludur: “Səadət xanım ömrünü Nəsimi yaradıcılığına həsr edən, hər sözün üstündə əsən dəyərli araşdırmaçıdır. “Nəsimi ili”ndə görülən ən böyük işlərdən biri də Səadət xanımın bu kitabıdır. 
Onun sözə, Nəsimi irsinə olan böyük dəyəri sayəsində biz bu kitabı 4 ildir ki, gözləyirdik. O, məqalələrində, araşdırmalarında sözə çox böyük həssaslıqla yanaşır”. 
Azərbaycan–Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin rəhbəri Toğrul Allahverdiyev yeni yaradılan mədəniyyət mərkəzi haqqında məlumat verərək bildirmişdir ki, “Nəsimi ili” ilə bağlı mərkəz yaxın günlərdə “Nəsimi-650” adlı yeni kitab nəşr etdirmişdir.
Orta əsrlər ədəbiyyatının araşdırmaçısı Nəzakət Məmmədli qeyd etmişdir ki, bu gün nəsimisevərlərin bayramıdır: “Səadət Şıxıyevanın Nəsimi irsi ilə bağlı araşdırmaları əvəzsizdir. Bu kitabda zəhmətdən əlavə sevgi və sistemli araşdırmalar yer alıb. Bu il Nəsimi haqqında çox kitab çap olunsa da, bu əsərdə Nəsimi tam halda hərtərəfli verilib.”
Təqdimatda iştirak edən filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayeva qeyd etmişdir ki, bizim qısqanclıqla dolu ədəbi mühitimizdə bu kitabın işıq üzü görməsi böyük uğurdur.
Sonda çıxış edən müəllif təqdimatda iştirak edən hər kəsə öz təşəkkürünü bildirmiş və demişdir: “Kitab Nadir Məmmədli və Esmira Fuad sayəsində dərc olunmuşdur. Kitabın ilkin variantı mənim diplom işimdir. Bu kitabı böyük sevgi ilə yazdım.”

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 

14 Dekabr 2019 20:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə