Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Saatlıda ulu öndərin əziz xatirəsi yad edilib

Saatlı rayonunda Heydər Əliyev Meydanında anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvələcə ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbir rayon icra hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Gənclər və İdman İdarəsi və Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü ilə təşkil olunub. 
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin müstəqilliyi, suverenliyi uğrunda gördüyü işlərdən danışmışdır. Rayon rəhbəri qeyd etmişdir ki, ulu öndərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır. 
Tədbirdə ümumilli liderin mənalı həyat yolundan söhbət açılmış, ulu öndərin Azərbaycanı yox olmaq təhlükəsindən qurtardığı vurğulanmışdır. Bildirilmişdir ki, bu gün hər bir azərbaycanlı qüdrətli Azərbaycan dövlətinin varlığına görə Heydər Əliyev dühasına borcludur. 

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri 

 

14 Dekabr 2019 20:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə