Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecment Universiteti 2019/2020-ci tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul elan edir

Azərbaycan Turizm və Menecment Universiteti Nazirlər Kabinetinin 4 dekabr 2019-cu il tarixli 737s nömrəli sərəncamı ilə təsdiq olunmuş plana əsasən 2019/2020-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədləri 2019-cu il dekabrın 15-dən 2020-ci il yanvarın 7-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9.00-dan 17.00-dək ATMU-nun əsas korpusunda elm və innovasiya şöbəsinə (I mərtəbə) təqdim etmək olar.

 

 

QƏBUL PLANI

İxtisasların şifri

Elm sahələri və  ixtisaslar

Fəlsəfə doktoru proqramı üzrə

Elmlər doktoru proqramı üzrə

Doktoranturaya qəbul planı

Dissertanturaya qəbul planı

Doktoranturaya qəbul planı

Dissertanturaya qəbul planı

Cəmi

o cümlədən

Cəmi

o cümlədən

Cəmi

o cümlədən

Cəmi

o cümlədən

Büdcə hesabına

Ödənişli

əsaslarla

Büdcə hesabına

Ödənişli

əsaslarla

Büdcə hesabına

Ödənişli

əsaslarla

Büdcə hesabına

Ödənişli

əsaslarla

 

 

 

 

əyani   

qiyabi

əyani

qiyabi

əyani

qiyabi

əyani

Qiyabi

5304.01

İqtisadi fəaliyyət növləri

1

 

 

1

 

1

 

1

 

 

 

 

 

 

 

 

5308.01

Ümumi iqtisadiyyat

1

 

 

1

 

 

 

 

1

 

 

 

1

 

 

 

5311.01

Müəssisələrin təşkili və idarə olunması

1

 

 

1

 

 

 

 

 

 

 

 

 

 

 

 

5312.01

Sahə iqtisadiyyatı

1

 

 

 

1

 

 

 

 

 

 

 

 

 

 

 

5802.01

Təhsilin təşkili və planlaşdırılması

1

 

 

 

1

 

 

 

 

 

 

 

 

 

 

 

5708.01

German dilləri

1

 

 

 

1

 

 

 

 

 

 

 

 

 

 

 

5402.01

Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası

1

 

 

1

 

 

 

 

 

 

 

 

 

 

 

 

5901.01

Beynəlxalq münasibətlər

2

 

 

 

2

 

 

 

 

 

 

 

 

 

 

 

5603.01

Beynəlxalq hüquq; insan hüquqları

3

 

 

 

3

 

 

 

 

 

 

 

 

1

 

1

6219.01

Kulturologiya və onun ümumi məsələləri

 

 

 

 

 

1

 

1

 

 

 

 

 

 

 

 

6307.01

Sosial dəyişiklik və inkişaf

 

 

 

 

 

1

 

1

 

 

 

 

 

 

 

 

6310.01

Sosial problemlər

1

 

 

 

1

 

 

 

 

 

 

 

 

 

 

 

5909.01

Dövlət idarəçiliyi

2

 

 

 

2

 

 

 

 

 

 

 

 

 

 

 

Doktoranturaya və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

       - fəlsəfə doktoru elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (elmlər doktoru proqramı üçün);

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar. Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər. Xarici dildən imtahanda keçid balı toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), müvafiq tədqiqat sahəsində  müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi və elmi-pedaqoji iş stajına malik elmi və elmi-pedaqoji kadrlar sənəd təqdim edə bilərlər.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Qeyd-fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər. Xarici dildən imtahanlar  Dövlət İmtahan Mərkəzi tərəfindən  2020-ci il  yanvarın 10-dan 15-dək  keçirilməsi planlaşdırılır.

 

Sənədlər ayrıca qovluqda müvafiq tələblərə uyğun hazırlanıb şəxsən təqdim edilməlidir.

Azərbaycan Turizm və Menecment Universiteti

K.Rəhimov küçəsi  822/23-cü məhəllə                                                 Tel-   (+99412) 012 5644233

AZ 1072, Bakı, Elm və innovasiya                                                             (daxili 125)

şöbəsi                                                                                                   

                                                                                                                       Email: [email protected]

15 Dekabr 2019 00:48 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
19 Sentyabr 2020 | 02:40
B İ L D İ R İ Ş
19 Sentyabr 2020 | 02:40
B İ L D İ R İ Ş
19 Sentyabr 2020 | 02:40
B İ L D İ R İ Ş
19 Sentyabr 2020 | 02:39
B İ L D İ R İ Ş
19 Sentyabr 2020 | 02:39
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə