Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Onilliyin ən məşhur klipləri

Onilliyin ən məşhur klipləri

2010-cu ildən 2019-cu ilə qədər ən məşhur videokliplərin siyahısı açıqlanıb. 
“YouTube” videohostinqi tərəfindən təqdim edilən siyahıya görə, Luis Fonsi və Daddy Yankeenin “Despacito” çarxı ən çox baxılan videoklip olub. Video 2017-ci ildə yayılıb və indiyədək 6,5 milyarddan çox izləyicisi olub.
Siyahıda ikinci yerdə Ed Şiranın “Shape of You” klipidir. Bu mahnı çarxı 4,5 milyard nəfərin diqqətini cəlb edib. Bu halda britaniyalı ən yaxşıların siyahısına iki dəfə düşmüş tək ifaçı olub. Onun “Thinking Out Loud” mahnısı həm də 10-cu yeri tutub.
Uiz Xalifanın “See you again” mahnısı videoklip liderləri siyahısının üçlüyünü qapayıb. Siyahıdakı 
top-10-a, həmçinin Castin Biberin “Sorry”, Ketti Perrinin “Roar”, Maroon 5-in “Sugar”, PSY və “OneRepublic” mahnıları daxildir.
Qeyd edilir ki, 2010-cu ildən həmin kliplərə ümumilikdə 37 milyard dəfədən çox baxılıb.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

14 Dekabr 2019 20:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə