Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Donald Tramp ticarət sazişlərini Konqresə göndərib

“Anadolu” agentliyinin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp Meksika və Kanada ilə əlavə edilmiş ticarət sazişini (USMCA) təsdiq olunmaq üçün Konqresə göndərib.
Bu həftə üç ölkənin nümayəndələri təkrar gözdən keçirilmiş razılaşmanı imzalayıblar. ABŞ Konqresində demokratların təkidi ilə sənədə dəyişikliklər edilib. Meksika Senatı artıq müqaviləni bəyənib. Məlumata görə, ABŞ və Kanadanın analoji addımları atacaqları gözlənilir.
"Razılaşma Amerika fəhlələri, fermerlər və biznesmenlər üçün əhəmiyyətli dərəcədə yeni imkanlar yaradacaq – Kanadada və Meksikada bazarlar açılacaq və ABŞ-ın malları, xidmətləri və sərmayələri yolundakı baryerləri aradan qaldıracaq", - deyə Tramp Konqresə bildirişində yazıb: "Bu razılaşmanın təsdiqlənməsi bizim milli maraqlarımıza uyğundur. Hesab edirəm ki, Konqres onu tezliklə bəyənəcək".

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

14 Dekabr 2019 20:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə