Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avrokuboklarda ən yaxşı nəticə

Avrokuboklarda ən yaxşı nəticə

Cari mövsümdə avrokubok oyunlarında ən yaxşı nəticəni İngiltərə klubları göstəriblər. Bildirilir ki, cari mövsümdə ölkənin 7 klubu pley-off mərhələsinə yüksəlib.
Qeyd edilir ki, bu nəticə sonuncu dəfə 10 il əvvəl qeydə alınıb. Belə ki, Premyer Liqa klubları sonuncu dəfə 2008/2009-cu il mövsümündə avrokubokların qrup mərhələsində bu nəticəni göstərməyi bacarıblar.
Cari mövsümdə UEFA Çempionlar Liqasında “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Mançester Siti”, Avropa Liqasında isə “Arsenal”, “Mançester Yunayted” və “Vulverhempton” pley-off mərhələsinə adlayıblar.
Xəbəri “Eurosport” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

14 Dekabr 2019 20:39 - İDMAN
İDMAN
29 Yanvar 2020 | 11:16
"Kəpəz" qələbə qazandı
27 Yanvar 2020 | 11:49
Messidən yeni anti-rekord

Köhnə versiyamızdan xəbərləri izlə