Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gələcəyin əsas kibertəhdidləri açıqlanıb

Çexiyanın “Avast” şirkətinin mütəxəssisləri 2020-ci ildə istifadəçiləri gözləyən əsas təhdidlərin kateqoriyalarını açıqlayıblar. Bildirilir ki, gələcəyin ən ehtimal edilən problemləri arasında casusluq, poçt oğurluğu, təhlükəli e-poçt göndərmələri və uzaq məsafədən müdaxiləyə imkan verən boşluqlardan istifadə əsas yer tutur.
Həmçinin gələn il bir çox kiberhücumların hədəfi “ağıllı” qurğular olacaq. Belə cihazların sayı günbəgün artır, ancaq istifadəçilər hələ də onlardan təhlükəsiz istifadə etməyi öyrənməyiblər.
Məlumatı “Lenta.ru” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

14 Dekabr 2019 20:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə