Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

STEREOTİPLƏRİ ALT-ÜST EDƏN KİTAB: “Səfəvilər: pa­ra­lel­lər, eh­ti­mal­lar, hə­­qi­qət­lər”

Yeni kitablar

“Müqəddəs “Qurani-Kərim”də adı keçən Zülqərneyni, ilk Əhəməni imperatoru Böyük Kiri (Küruş, Kureş), qədim Ro­ma­nın qu­ru­cu­su Romulu (ikinci adı – Kuris), Krişnanı, Qau­­tama Buddanı, Qaumata Bar­diyanı, Atropatı, III Ar­­tabanı, Mə­həm­məd Pey­ğəm­bə­rin ulu babası Qureyşi, Şah İsmayıl Xətaini bir-bi­rinə nə bağlayır? Ələm hansı mənanı ifadə edir? Uzaq Nepalda Sal­yan adlı şə­hərin, onun yaxınlığında isə Banke adlı ya­şa­yış məntəqəsinin olmasını nə ilə izah etmək olar? Niyə Şah İsmayılın hə­yat yolu Bö­­yük Kirin həyat yolunu, Nadir şah Əfşarın hə­yat yolu isə Ma­kedoniyalı İsgəndərin həyat yolunu, sanki, təkrarlayır. Be­­­lə pa­­ra­lel­­lə­ri tə­sadüflərin nəticəsi hesab edə bilərik? Dü­şü­nü­rəm ki, bu sual­la­rın ca­va­bı­nı oxucu “Səfəvilər: pa­ra­lel­lər, eh­ti­mal­lar, hə­­qi­qət­lər” əsə­rində tapa biləcəkdir”.

Bu sözlər tanınmış ziyalı, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix üzrə elmlər doktoru, professor Anar İsgəndərovun gənc tədqiqatçı Araz Abbasovun Şah İs­ma­yı­l Xətaiyə həsr olunmuş “Səfəvilər: pa­ra­lel­lər, eh­ti­mal­lar, hə­­qi­qət­lər” kitabı barədə qeydlərindən götürülüb. Tarixçi alimimin yığcam və oxucuları hədəfə yönləndirən mülahizələrində bildirilir:

--Əziz oxucu, səni çox maraqlı bir kitabla tanışlıq gözləyir. Bu ki­tabı oxusan, əminəm ki, uzun müd­dət onun təsiri altında qa­la­caq­­san. Kitab tarixə yeni baxış təklif edir, formalaşmış, daş­laş­mış ste­re­o­tip­ləri sındırır. Elə buna görə də onun ilk səhifələri, xü­su­silə Azərbaycan Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl ilə Əhə­­mənilər imperiyasının banisi Böyük Kirin adlarının yanaşı çə­­kil­məsi əvvəlcə səndə eti­raz doğura bilər. Bəlkə də təq­dim olu­nan fakt­larla razılaşmaq istəməyəcəksən. Lakin hökm verməyə tə­­ləs­­mə, kitabı sona qədər oxu və düşüncənə stereotip­lərin yi­yə­lə­nib-yiyələnmədiyini müəy­yən etməyə ça­lış! Sözsüz ki, həyatda ən əsas prinsiplərdən biri də obyektivlikdir!

Stereotipləri virus da adlandırmaq olar. Bu “virus”un daşıyı­cı­sına çevrilən insan düşüncə azad­lı­ğı­­­nı itirir, hadisələrə, pro­ses­lə­rə, öz xalqının tarixinə başqalarının gözü ilə baxmalı olur. Yad fi­kir­lərdən qur­­tulmağın yeganə yolu isə faktlarla, hə­qi­qət­lər­lə dost­luq etməkdir. Kitabın birinci hissəsində müəllif fakt­ları (və pa­ralelləri) sadalayır, ikinci – əsas hissəsində isə hə­min fakt­la­rı mən­tiq­li şəkildə bir-biri ilə əla­qə­­ləndirərək səbəbləri, məzmunu və nə­ti­cəni izah edir.

Bəzən tarixə qaliblərin tərənnümü, məğlubların təsəllisi, ideo­lo­­giyanın təsirli vasitəsi kimi ba­xır­lar. Bu kitabın əhə­miy­yə­­ti məhz ondadır ki, burada tarix elminin, əslində, tətbiqi bir sahə ol­du­ğu gös­tə­ril­miş­­dir. Əsas deviz isə belədir: “Tarix tək­rar­la­nır”.

Ta­rix təhlil işinin ən mühüm dayaqlarından ol­maq­la ya­naşı, həm də təhlilçinin hər zaman müraciət edə biləcəyi zən­gin və tü­kən­məz bazadır. Tarixi bil­mə­dən yax­şı təhlilçi olmaq, gələcəyi gör­mək, onu təsəv­vür etmək və proqnozlaşdırmaq müm­kün de­yil. Ey­­ni za­man­­da, təhlil qabiliyyəti olmayan tarixçi də keçmişin qa­ran­lıqlarına aydınlıq gətirə bilməz. Müəl­li­fin təd­qi­­qat möv­zu­su­­na pe­şəkar təh­lilçi kimi yanaşması, təhlilin məntiqi-təfəkkür, mo­del­ləş­dirmə və sta­tis­tik me­todlarından istifadə et­mə­si, hə­mişə ma­raq­lı nəticələr alması, sözsüz ki, təqdirəlayiqdir.

Alim kitabı qayə məzmununa görə yığcam olaraq belə təqdim edir:

--Müqəddəs “Qurani-Kərim”də adı keçən Zülqərneyni, ilk Əhəməni imperatoru Böyük Kiri (Küruş, Kureş), qədim Ro­ma­nın qu­ru­cu­su Romulu (ikinci adı – Kuris), Krişnanı, Qau­­tama Buddanı, Qaumata Bar­diyanı, Atropatı, III Ar­­tabanı, Mə­həm­məd Pey­ğəm­bə­rin ulu babası Qureyşi, Şah İsmayıl Xətaini bir-bi­rinə nə bağlayır? Ələm hansı mənanı ifadə edir? Uzaq Nepalda Sal­yan adlı şə­hərin, onun yaxınlığında isə Banke adlı ya­şa­yış məntəqəsinin olmasını nə ilə izah etmək olar? Niyə Şah İsmayılın hə­yat yolu Bö­­yük Kirin həyat yolunu, Nadir şah Əfşarın hə­yat yolu isə Ma­kedoniyalı İsgəndərin həyat yolunu, sanki, təkrarlayır. Be­­­lə pa­­ra­lel­­lə­ri tə­sadüflərin nəticəsi hesab edə bilərik? Dü­şü­nü­rəm ki, bu sual­la­rın ca­va­bı­nı oxucu “Səfəvilər: pa­ra­lel­lər, eh­ti­mal­lar, hə­­qi­qət­lər” əsə­rində tapa biləcəkdir.

Sovet imperiyasının 70 il ərzində yürütdüyü siyasət Azərbay­can tarixini ideologiyanın əsirinə və alə­tinə çevirdi. Azər­bay­­canlı öz tarixinə imperiyanın onun üçün təyin etdiyi prizmadan bax­ma­ğa məcbur edil­di. Bizi yalançı şüarlar və rəqəmlərlə çaş­­dırıb al­da­dır­dılar. Bizə elə gəlirdi ki, tarix yalnız sinfi mü­ba­ri­zədən, üs­yan­lar­dan və hərəkatlardan, daha doğrusu, onların baş­ver­­mə və ya­tı­rıl­ma tarixlərindən iba­rət­dir. Bütün bunlar azmış kimi, imperi­ya­nın yalançı tarixi bizə “Və­tən tarixi” kimi təlqin olu­nur­du.

Yeri gəlmişkən, ədəbiyyatımızda da eyni situasiya hökm sü­rür­dü. Orta məktəblərin Azərbaycan böl­mələrində tədrisin əsa­­sını, önəm­li hissəsini quru rəqəmlərin– klassiklərin doğum və ölüm ta­rix­lərinin, on­ların əsərlərinin adlarının və bu əsərlərin ya­­zıldığı il­lə­rin əzbər­lən­məsi təşkil edirdi. Məzmun, ma­hiy­yət, ideya isə ya diq­qətdən kənarda qalırdı, ya da tamamilə təhrif olu­nur­­du. Nəsi­mi­ni, Füzu­lini primitiv “so­sializmin tərənnümçüləri” kimi təqdim edir­dilər. Nizami Gəncəvinin əsərlərində “kommunist tə­­fək­kü­rü­nün işartıla­rını” axtarırdılar. Azərbaycan tarixinin şanlı səhifəsi olan Səfəvilər dövrünə “sinfi mübarizə” müs­­təvisindən bax­­mağa ça­lı­şırdılar.

Sovet dövründə sosializmin banilərindən olan Karl Marksın be­lə bir fikri tez-tez təkrar edilirdi: “Sə­fəvilər xanə­danının ba­nisi Şah İsmayıl fateh idi. O, 14 illik hakimiyyəti dövründə 14 əyalət fəth etmişdi. Amma Şah İsmayılın fəaliyyəti o qə­dər nə­həng və çoxşaxəli olmuşdu ki, Marksın sözləri, ol­sa-olsa, onun hə­yatının yalnız bir hissəsini xarakterizə edə bilərdi. Çün­ki Şah İs­ma­yıl yalnız ölkələrin de­yil, qəlblərin, könüllərin də fatehi idi. Şah İs­mayıl-- qurucu, Şah İsmayıl-- hökmdar, Şah İs­ma­yıl-- sərkərdə, Şah İs­mayıl-- döyüşçü, Şah İsmayıl-- mürşid, Şah İsmayıl-- filosof, Şah İs­ma­yıl şair idi...

Əziz oxucu, bu kitab tarixin, həqiqətən, tarix olması üçün onun tə­məl sütunlarını göstərməyə, qa­ran­lıq səhifələrinə işıq sal­mağa ça­lışır, tarixin dərin qatlarında aşkarlaya bildiyi sirləri səninlə bö­lü­şür. Hər şey fikirdən başlayır, sonra bilik yaranır, nə­ha­yət, elm for­malaşır. Tarixi fikrin bünövrəsi, əsası yazılı mən­bələrdir. Bəs on­lar olmayanda? O zaman tarixçinin köməyinə eh­ti­mal­­lar çatır. Eh­timallar isə əsas­lan­dı­rılmış olmalıdır, onları, necə deyər­lər, “ha­va­dan” götürmək olmaz. Bunun üçün əldə olan ma­­teriallar diq­­qət­lə təhlil edilməli, paralellər müəyyənləşdirilməli, analogiya­lar apa­rıl­malıdır.

Bu, möhkəm məntiq ya­radaraq, son nəticədə həm oxu­cu­nu inandırır, həm də kitabın nüfuzunu artırır. Tarixi pa­ralellərin təq­dim edilməsinin və ehtimalların irəli sü­­rülməsinin ar­dıcıllığı prob­lemin qoyuluşundan asılıdır. İstənilən hal­da əgər ilk iki üsul (pa­ralellər və ehtimallar) uğur qa­za­nıb­sa, deməli, tarixi həqiqəti oxu­cuya çatdırmaq müm­kün olmuşdur.

Professor Anar İsgəndərov istedadlı araşdırmaçı Araz Abbasovun “Səfəvilər: pa­ra­lel­lər, eh­ti­mal­lar, hə­­qi­qət­lər” kitabı barədə qeydlərini bu sözlərlə tamamlayır:

--Səfəvi tarixi Azərbaycan tarixinin xüsusi, öyünclü bir dövrüdür. Bu döv­­lət Azərbaycan tarixində uzun­müd­dət­li fasilədən sonra, ilk də­fə ola­raq, yaxşı mənada “böyük dövlət” (buna imperiya da demək olar) dü­şün­cə tərzini bizə qaytardı. Amudəryadan Sır­dər­ya­­ya, Fə­rat­dan Dəc­ləyə, Şimali Qafqazdan İran körfəzinə qə­dər geniş əra­zi­ləri özün­də ehtiva edən nəhəng dövlət quruldu. Səfə­vi­lər böyük bir impe­ri­ya ya­ratdılar.

Am­ma bu imperiya, digər­lə­rin­dən fərqli ola­raq, heç bir xal­qın dini inanclarına, milli də­yər­lə­rinə to­­­xun­ma­dı, ölkədəki et­nik rən­garəngliyi pozmadı. Dövlətin pay­taxtında han­sı qanunlar işlə­yir­disə, ucqarlarda, qey­ri-müsəl­man, qey­ri-türk vilayətlərində də hə­min qa­nunlar tətbiq olunurdu. Səfəvi dövləti haq­qında nə qə­dər ya­zıl­sa, yenə də azdır.

Bu dövlət Və­tən tarixi­nin ən uzunömürlü sütun­la­rından biri olmuşdur. Məhz bu­na görə də tədqiqatçı Araz Abbasovun bu kitabı, Şah İs­ma­yı­lın həyatının bizə məlum olmayan mə­qaml­arı ilə bağlı fikirləri böyük maraq doğurur. Əminəm ki, kitabı oxuyan hər bir Azər­bay­can gənci müəl­lifi arayacaq, ürəyin­dən keçən sualları ona verəcək və müəl­lifdən yeni əsərlər tələb edə­cəkdir.

Hazırladılar:

T.AYDINOĞLU,

N. QƏDIMOĞLU,

“Xalq qəzeti”

 

 

 

 

14 Dekabr 2019 17:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə