• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeron Suvarma Sistemləri İdarəsi 2018-ci ildə cari təmir işlərinin yerinə yetirilməsi üçün mal və materialların satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Abşeron Suvarma Sistemləri İdarəsi 2018-ci ildə cari təmir işlərinin yerinə yetirilməsi üçün mal və materialların satınalınması məqsədilə AÇIQ   TENDER   ELAN   EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot - 1. Mexaniki və elektrik ­avadanlıqların, təzyiqli boru xətlərinin, beton kanalların və hidrotexniki qurğuların cari təmiri üçün mal-materialların və avadanlıqların satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Abşeron Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs: Ələsgərov Heydər Sədaqət oğlundan. Ünvan: Abşeron rayonu, Goradil kəndi.Telefon: 340-62-06) ala bilərlər.
Təşkilat: Abşeron Suvarma Sistemləri İdarəsi YXO
Hesab: AZ 61 CTRE 00000000000002356802
Təsnifat kodu:142340
Fond-7
VÖEN: 3100098061
DXA
Kod: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ 41 NABZ 01360100000000003944
SWİFT CTRE AZ 22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış:
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri ( tender təklifi və bank zəmanəti istisna olmaqla ) 24 oktyabr 2018-ci il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 1 noyabr 2018-ci il saat 18.00-a qədər Abşeron Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2 noyabr 2018-ci il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

20 2018 23:55 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
16 Oktyabr 2018 | 22:50
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin