Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər ­tutaraq qərara alıram:
1. “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1188; 2016, № 8, maddə 1384; 2018, № 6, maddə 1297) 1-ci hissəsi ilə təsdiq ­edilmiş Dövlət Komissiyasının tərkibi ­aşağıdakı redaksiyada verilsin:

 

“Komissiyanın sədri

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Azərbaycan Respublikası Dövlət Neft ­Fondunun icraçı direktoru.”.
2. Dövlət Komissiyasına tapşırılsın ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin. 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 dekabr 2019-cu il

 

14 Dekabr 2019 02:00 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə