Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident Vladimir Zelenski GUAM-ın üzvü olan ölkələrin nümayəndələri ilə görüşüb

Ukrayna Prezidenti Vladimir Zelenski 2019-cu ildə Demokratiya və İnkişaf uğrunda Təşkilatda – GUAM-da Ukraynanın sədrliyinin başa çatması ilə əlaqədar Gürcüstanın Baş Naziri Georgi Qaxariya, Moldova Respublikasının Baş Naziri İon Kiku və Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov ilə görüşüb.  
AZƏRTAC Ukrayna Prezidenti ofisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Prezident Vladimir Zelenski Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanın GUAM çərçivəsində əməkdaşlığının fəallaşmasını və hər il hökumət başçıları səviyyəsində iclas keçirilməsini alqışlayıb. 
Vladimir Zelenski görüşdə çıxış edərək deyib: “Ukrayna, Azərbaycan, Gürcüstan və Moldova həm ortaq tarixlə, həm də gələcəyimizin inkişafına ümumi baxışla bağlıdır. Bizi regionda təhlükəsizlik və sabitlik, iqtisadi yüksəliş, investisiyaların artırılması, infrastrukturun inkişafı və vətəndaşlarımız arasında mədəni mübadilə səyləri birləşdirir”.
Ukrayna Prezidenti qeyd edib ki, çoxtərəfli dialoqun böyük potensialı var. 
Görüş iştirakçıları Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanın suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı dəstəklənməsi siyasətinin dəyişməzliyini təsdiq ediblər. 
Tərəflər bir sıra müştərək iqtisadi və infrastruktur layihələrini də müzakirə ediblər. Perspektivli, o cümlədən multimodal daşımaların həyata keçirilməsi üçün nəqliyyat marşrutları yaradılmasının vacibliyi vurğulanıb. 
Prezident ­Vladimir Zelenski GUAM-ın üzvü olan ölkələrin vətəndaşları tərəfindən sərhədlərin keçilməsi ­prosedurlarının, o cümlədən ­ID-kartları ­formatında ­daxili ­pasportlardan istifadə olunmaqla sadələşdirilməsi prosesinin davam etdirilməsi təklifini də irəli sürüb. 
GUAM iştirakçıları Təşkilatın potensialının artırılması, qurumun populyarlaşdırılması və daxili kommunikasiyasının yaxşılaşdırılması üçün konkret addımlar atılmasının zəruriliyi barədə razılığa gəliblər. 

14 Dekabr 2019 01:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə