Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Milli Qəhrəmanlar Tanıtma İctimai Birliyinin vətənpərvərlik ruhunda növbəti tədbiri “Ankara” məktəb liseyində keçirilib

 Milli Qəhrəmanları Tanıtma ictimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin və Bakının həmin rayonunda yerləşən  “Ankara” məktəb liseyinin təşkilatçılığı ilə  Milli Qəhrəmanların guşəsinin yaradılması, vətənpərvərlik ruhunun aşılanması mövzusunda tədbir keçirilib.

Azərbaycanın himninin səslənməsi ilə başlayan tədbirdə  çıxış edən  Milli Qəhrəmanlar Tanıtma ictimai Birliyinin Nərimanov rayonu üzrə sədr müavini Qəzənfər Aloyev gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsi üçün bu cür tədbirlərin və görüşlərin əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, təmsil etdiyi təşkilatın məqsəd və məramı həm də Vətənin bütövlüyü uğrunda   canından keçmiş milli qəhrəmanların həyat və döyüş yolunu şagirdlərimizə, gənc nəslə aşılamaqdır. O,  Milli Qəhrəmanların ailələrinin, imkansız və kimsəsiz insanlara qayğıdan danışdı və onların  müayinəsinin Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzi klinikasında təmənnasız həyata keçirildiyini vurğuladı.

Qəzənfər Aloyev “Ankara” məktəb litseyinin şagirdlərinindən lazım gələrsə təmənnasız müayinəsinin həyata keçiriləcəyini vurğuladı.

Yazıçı Jalə Cəfərova  və şairə Dilguşə Gülümcan  öz kitablarını Milli Qəhrəman Sahil Məmmədova, məktəbin direktoru Səmayə xanıma, eləcə də məktəbin kitabxanasına təqdim etdilər.

Məktəb  uşaqlarının vətənpərvərlik ruhunda hazırladıqları  səhnəcik  iştirakçılar tərəfindən maraqla və alqışlarla qarşılandı. 

Ankara” məktəb litseyinin direktoru Səmaya Eynullayeva  qonaqları görməkdən məmnunluğunu ifadə etdi.  Qeyd etdi ki, məktəbdə xüsusi olaraq Milli Qəhrəmanların döyüş yolunu əks etdirən guşələr yaradılıb. Bu cür tədbirlərin keçirilməsi şagirdlərimizdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır.

Sonda Milli Qəhrəman Sahil Məmmədov haqqında çəkilmiş film təqdim edildi.

Tədbirdə  Milli Qəhrəman Sahil Məmmədov, Azərbaycan Respublikasının Milli Qəhrəmanlar Tanıtım ictimai Birliyinin sədri Elşən Uluxanlı , Milli Qəhrəmanlar Tanıtım ictimai Birliyinin humanitar şöbəsinin sədr müavini, həmçinin şəhid Milli Qəhrəmanın qardaşı Əbdül Səfalı,Milli Qəhrəman Samir Xasiyevin anası Gözəl xanım, şəhid Milli Qəhrəman Rövşən Əliyevin bacısı Təranə xanım, şəhid Milli Qərəmanların həyat yoldaşları, AYB- nin üzvü, şairə Dilguşə Gülümcan, filologiya elmləri namizədi, yazıçı Jalə Cəfərova gənc şair Sahib Məmmədov,Milli Qəhrəmanlar haqqında çox sayda filmlər çəkən rejissor  Kəmalə xanım və digər qonaqlar iştirak edirdi.

Çox yüksək səviyyədə təşkil olunmuş bu tədbirə görə bütün iştirakçılar  Nərimanov rayon Milli Qəhrəmanlar Tanıtım ictimai Birliyinin sədri Ədhəm Məmmədova və  “Ankara” məktəb liseyinin direktoru Səmaya Eynullayevaya öz dərin təşəkkürlərini bildirdilər.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

14 Dekabr 2019 14:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Sentyabr 2020 | 15:20
Bu gün tarixdə qalacaq
20 Sentyabr 2020 | 10:00
Mənanın sərrafı, sözün vaqifi

Köhnə versiyamızdan xəbərləri izlə