Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul etməsinə münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, Leyla Abdullayeva bununla bağlı açıqlamasında deyib: “Bu il dekabrın 12-də ABŞ Senatı tərəfindən qondarma “erməni soyqırımı”nın tanınmasına dair qəbul edilən qətnamə tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə olunması cəhdidir. Qətnamənin mətnində elmi-tarixi baxımdan ziddiyyətli və şübhəli mənbələrə istinad olunması bu qətnamənin qeyri-peşəkar səviyyədə hazırlandığını və yalnız erməni lobbi dairələrinin çirkin məqsədlərinə xidmət etdiyini sübut edir. Tarix tarixçilər tərəfindən tarixi obyektivlik prinsipləri əsasında araşdırılmalıdır. Bir əsr bundan əvvəl baş verdiyi iddia olunan hadisələrə siyasi mülahizələrlə qiymət verməyə çalışdığı halda, ABŞ Senatı Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünə, ölkəmizin işğal olunmuş ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı törədilmiş qanlı etnik təmizləməyə, onların hələ də məcburi köçkün vəziyyətində yaşamasına və Xocalı soyqırımına münasibətdə sükut nümayiş etdirir və ikili standartlarla çıxış edir. Bu qətnaməni qərəzli və hər hansı hüquqi əsası olmayan sənəd kimi qiymətləndiririk”.

14 Dekabr 2019 01:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 09:24
SOS: Dərmanların yan təsiri...

Köhnə versiyamızdan xəbərləri izlə