Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən müəssisələrin gənc mədəniyyət işçilərinin növbəti müzakirəsi keçirilib

Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən müəssisələrin gənc mədəniyyət işçilərinin növbəti müzakirəsi keçirilib

Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən müəssisələrin gənc mədəniyyət işçiləri Bakı Konqres Mərkəzində keçirilmiş  “Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda baş tutmuş  panelin nəticələrini müzakirə etdilər.

 Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov müasir kreativ təcrübənin öyrənilməsinin və tətbiqinin önəmindən, yaradıcı sənayenin regionlarda tətbiqindən, dərnəklərin fəaliyyətinin genişləndirilməsindən, mədəniyyət müəssisələrinin müasir tələblərə cavab verən səviyyədə formalaşmasından, bu məsələdə gənclərin üzərinə düşən məsuliyyətdən və s.  danışaraq müasir yanaşma ilə yaradıcı sənayeni formalaşdırmağın zəruriliyini qeyd etdi. İdarə rəisi bildirdi ki, əsas məqsədin gənclərin bu prosesə qoşulması, qabiliyyətli gənclərin  mədəniyyət müəssisələrində potensialını nümayiş etdirməsinə zəmin yaradılmasıdır.

Tədbirdə Tovuz “Xədicə” rəqs qrupunun bədii rəhbəri  Arif Məmmədrzayev, gitara ifaçıları qrupunun üzvü Eşqin Xəlilov, Ağstafa rayon Mədəniyyət Mərkəzinin aktyoru Vüsal Dərviş, həmin mərkəzin əməkdaşı  Elina Quliyeva, Tovuz rayon Heydər Əliyev Mərkəzinin elmi  işçisi  Nərgiz Sabirli, Ağstafa rayon Həsənsu kənd Folklor Klubunun müdiri Rüfət Axundov, Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbinin müəllimi Anar Məmmədov və başqaları təkliflərlə çıxış edərək bildirdilər ki, Azərbaycanı bütün sahələrlə bərabər mədəniyyət müəssisələrinin yeni müasir tələblərə cavab verən səviyyədə görmək hər birimizin arzusu və hədəfi olmalıdır.

 

Əfsanə BAYRAMQIZI,
 “Xalq qəzeti”

 

 

14 Dekabr 2019 14:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə