Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Sərhəd Xidmətində hesabat müşavirəsi keçirilib

Dövlət Sərhəd Xidmətində hesabat müşavirəsi keçirilib

Dekabrın 13-də Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçi ril mişdir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən aldığımız məlumatda bildirilir ki, hesabat müşavirəsində Azərbaycan Respublikası Prezidentinin kömək çisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev iştirak etmişdir. General-polkovnik Məhərrəm Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərhəd təhlükəsizliyi məsələlərinə diqqət və qayğısını yüksək dəyərləndirmiş, hesabat dövründə dövlət sərhədinin mühafi zəsi sahəsində əldə olunmuş nailiyyətlərdən, Dövlət Sərhəd Xidməti qarşısında duran vəzifə və tapşırıqlardan bəhs etmişdir. 
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev müşavi rədə hesabat məruzəsi ilə çıxış etmiş, silahlı birləşmələrin və digər struktur qu rumlarının xidməti fəaliyyətini qiymətləndirmiş, qarşıda duran əsas vəzifələrin şəxsi heyət tərəfindən layiqincə yerinə yetiriləcəyinə əminliyini ifadə etmişdir.
2019-cu ilin Azərbaycan Sərhəd Mühafizəsi üçün Ermənistan ilə dövlət sərhədinin mühafizəsi və müdafiəsi işinin təşkilinə başlanılması, döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmaz lığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi ilə əlamətdar olması qeyd olunmuşdur. 
Bildirilmişdir ki, dövlət sərhədinin mühafizəsinin təşkilində uğurların əldə olunması ulu öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədinin mühafizəsi məsələlərinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olmuşdur. 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yanvar ayının 10-da DSX Sahil Mühafizəsinin “Gəmi inşası zavodu”nda inşası yekunlaşmış “Tufan” tipli sərhəd gözətçi gəmilərilə tanış olması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, iyun ayının 18-də DSX hərbi qulluqçularının və mülki işçilərinin pul təminatının vəzifə maaşlarının 40 faiz həc mində artırılması barədə qərar qəbul etməsi, avqust ayının 16-da Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi münasibətilə DSX-nin şəxsi heyətinə müraciət ünvanlaması və DSX-nin xidməti-döyüş fəaliyyətinə yüksək qiymət verməsi, DSX-nin 6 zabitini ali hərbi rütbələrə, DSX əmək daş larını 13 orden, 73 medal, 7 fəxri adla təltif etməsi, Azərbaycan sərhədçisinə ali qayğının nümunəsi olaraq DSX-nin zabitləri üçün Bakı şəhərində 25 mən zilin ayrılması bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşı lanması vurğulanmışdır. 
2019-cu ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunmuşdur: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı əsasında Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində, təmas xət tində təhvil alınmış döyüş postlarında böyük miqyaslı işlər görülmüş, Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyası xidməti-döyüş fəaliyyətinə başlamışdır. Hesabat dövründə bu istiqamətdə sərhəd döyüş məntəqələri, 3 yeni hərbi hissə inşa olunmuş, sərhəd döyüş məntəqələrinə aparan və onlar arası 38,7 km məsafədə qoruyucu val sədləri və 92 km məsafədə yollar salınmış, istifadəyə verilmiş hərbi obyektlər müasir istilik sistemləri, generator və günəş batareyaları ilə təmin edilmiş, sərhəd döyüş məntəqələrinə elekriki, qaz və su xəttləri çəkilmişdir.
– Mart və iyun-iyul aylarında düşmənin Qazax rayonunun Babakar dağı istiqamətində öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlanmış, qabaqlayıcı tədbirlər nəticəsində sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin 1,5-1,7 km irəli çəkilməsinə, nəticədə müqabil ərazidəki Gürcüstandan Ermənistana gedən qaz xəttinin və qaz-kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunmuşdur. 
– Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilmişdir;
- Xarici münaqişə zonalarında döyüşmüş 23 nəfərin şəxsiyyəti müəyyən olunmuş, onlardan 6 nəfər Azərbaycan vətəndaşı saxla nılmış, qanunsuz miqrasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsiz-ləşdirilmişdir; 
- Dövlət Sərhəd Xidmətinin aparatının inzibati binasında “Siyasi repressiya qurbanları Muzeyi” yaradılmışdır. 
– Dövlət sərhədini pozduqlarına görə 739 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 13 min 526 nəfər, axtarışda olan 4699 nəfər saxlanıl mışdır.
– 479 nəfər saxta, 51 nəfər özgəsinin sənədi ilə və 4 nəfər giz li şəkildə dövlət sərhədindən buraxılış mən təqələrindən keçməyə cəhd edərkən saxlanıl mışdır.
– 96 milyon 376 min manat dəyərində qaçaqmalın, 2 ton 240 kiloqram 973 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alın mış dır.
– sərhəd xəttində xüsusi işarəverici texniki komplekslərin, texniki müşahidə məntəqələrinin və videomüşahidə kameralarının quraşdırılması nəticəsində dövlət sərhədinin pozulmasının qarşısının texniki yolla alınması sahəsində önəmli nəticələr əldə olunmudur.
– Dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilmiş, 148 binadan ibarət tikinti komplekslərinin əsaslı tə mir-tikintisi həyata keçirilmişdir.
Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin Azər baycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarını və vəzifə borclarını daima şərəf və ləyaqətlə yerinə yetirəcəkləri vurğulanmışdır.

 

“Xalq qəzeti”

 

14 Dekabr 2019 01:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə