Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskvada Yunus Əmrənin büstü qoyulacaq

Moskvada Yunus Əmrənin büstü qoyulacaq

Moskvanın “Muzeon” incəsənət parkında görkəmli türk şairi və mütəfəkkiri Yunus Əmrənin büstü qoyulacaq. Dekabrın 12-də Moskva şəhər Dumasının müvafiq komissiyası bununla bağlı qərar qəbul edib.

Bunu komissiyanın sədri İqor Voskresenski deyib: “Moskva Xarici İqtisadi Əlaqələr və Beynəlxalq Münasibətlər Departamenti və Türkiyə Respublikasının Rusiyadakı səfirliyinin türk şairi Yunus Əmrənin büstünün qoyulması barədə müraciətini dəstəkləmək təklif olunur. Onun Türkiyə Respublikasının və Moskva büdcəsinin vəsaiti hesabına “Muzeon” incəsənət parkında qoyulması təklifi daxil olub. Moskvanın Arxitektura İdarəsi və Yakimanka rayon deputatlar şurasının bu təklifə etirazı yoxdur. Moskva Şəhər Mədəni İrs İdarəsi və Mədəniyyət Departamenti də təklifi dəstəkləyirlər”.

Moskva Şəhər Mədəni İrs İdarəsinin məlumatına görə, büstün 2019-cu ildə keçirilən Rusiya və Türkiyənin çarpaz Mədəniyyət İli çərçivəsində qoyulması planlaşdırılır. Voskresenski əlavə edib ki, bu abidənin qoyulmasına cavab olaraq, Ankarada planetin ilk kosmonavtı Yuri Qaqarinin abidəsi ucaldılacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 Dekabr 2019 10:11 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
21 Yanvar 2020 | 13:40
Polad Bülbüloğlu – 75
24 Dekabr 2019 | 14:46
Xalq Bankın mənəvi saxlancı

Köhnə versiyamızdan xəbərləri izlə