Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tədris Cərrahiyyə Klinikasında beynəlxalq konfrans

Tədris Cərrahiyyə Klinikasında beynəlxalq konfrans

ATU-nun Tədris Cərrahiyyə Klinikasında “Damar cərrahlığının aktual məsələləri və son yeniliklər” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov bu günkü konfrasın səhiyyənin və tibb elminin ən vacib sahələrindən biri olan, bəşəriyyətin uzun illərdir ki, bir nömrəli tibbi problemi sayılan ürək-damar xəstəliklərinə həsr edildiyini bildirib.

Ürək-damar xəstəliklərinin bütün dünyada ümumi göstəricilərinə görə hələ də birinci yerdə qaldığını deyən prorektor qeyd edib ki, son illər bu xəstəliklərin vaxtında müayinəsi və müalicəsinə xüsusi diqqət yetirilir. Belə ki, çoxsaylı tədbirlər həyata keçirilir, müxtəlif milli proqramlar qəbul edilir və geniş miqyaslı təşkilati məsələlər öz həllini tapır.

Dosent R.Bəylərov qardsaş Türkiyədən dünyada məşhur olan ürək-damar cərrahlarının tədbirə dəvət olunmasını və ustad dərsləri keçəcəklərini konfransın əsas özəlliyi kimi dəyərləndirib. Konfransın  aktual məsələlərin müzakirəsi ilə yadda qalacağına, eləcə də müalicə işi ilə məşğul olan həkimlərimiz üçün gündəlik fəaliyyətlərində faydalı olacağına əminliyini ifadə edib. Rektor Gəray Gəraybəylinin salamlarını və ən xoş arzularını konfrans iştirakçılarına çatdıran prorektor ürək-damar xəstəliklərinin ən son müalicə üsullarının nəticələrinə aid yeniliklərin ilk dəfə burada səslənəcəyini vurğulayayb.

“Burası bizim Vətənimiz, Türkiyədən, İstanbuldan hər birinizə salam gətirmişəm” – deyən İstinye Universiteti Hospitalı, Damar Sağlamlığı və Yaşam Mərkəzinin rəhbəri, kardiovaskulyar cərrah, professor Yusif Kalko öz bilgilərini, təcrübələrini azərbaycanlı kolleqaları ilə bölüşəcəklərini söyləyib

Konfrans öz işini professorlar S.Hadıyev, M.Kərimov, K.Musayev, A.Memiş, F.Abbasov, N.Abışov və R.Mahmudovun moderatorluğu ilə davam etdirib.

Professor Yusif Kalko “İnsult keçirmiş xəstələrdə müasir yanaşmalar”, “Diabetik ayaqda distal okkluziya və müalicə”, “Minimal invaziv periferik damar cərrahiyyəsi” mövzularında, Türkiyənin Hərbi Tibb Xidmətlərinin komandiri, cərrah xidməti generalı, professor Ufik Demirkılıc isə “Robotik ürək cərrahiyyəsi” mövzusunda ustad dərsləri keçiblər.

Konfrans məruzələrə dair sual-cavab və müzakirələrlə yekunlaşıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 Dekabr 2019 10:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə