Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÜST-ün təşkilatçılığı ilə Omanda qlobal görüş

ÜST-ün təşkilatçılığı ilə Omanda qlobal görüş

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti Oman Sultanlığında keçirilən qlobal görüşdə iştirak ediblər. “Qeyri-infeksion xəstəliklər və psixi sağlamlıq” mövzusunda keçirilən görüş Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə Maskat şəhərində 9-12 dekabr tarixlərində baş tutub.

Tədbirdə qeyri-infeksion xəstəliklərlə mübarizə proqramları və psixi sağlamlığın yaxşılaşdırılması üçün tədbirlər müzakirə edilib, müxtəlif ölkələrin təcrübəsi öyrənilib.

Səhiyyə Nazirliyinin əməkdaşı Anar İsrafilov panel sessiyalarda müzakirələrdə iştirak edib.

Görüşdə Agentliyin nümayəndəsi Tural Qulu panel sessiyasında çıxış edərək Azərbaycanda icbari tibbi sığortanın tətbiqi, qeyri-infeksion xəstəliklərlə mübarizə istiqamətində aparılan işlər, bu xəstəliklərə nəzarəti yaxşılaşdırmaq məqsədilə ilkin səhiyyə xidmətinin gücləndirilməsi və insan sağlamlığı üçün zərərli məhsullara (tütün, alkoqol, energetik içkilər və s.) tətbiq edilən əlavə vergilər barədə iştirakçıları məlumatlandırıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 Dekabr 2019 10:07 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə