Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gül kələminin faydaları

Gül kələminin faydaları

Brokkoli kələmkimilərin ən faydalı növüdür. Hazırda mövsümüdür və onu bacardıqca çox bişirmədən yeyin. Gül kələmi də bir çox xəstəliklərdə faydalıdır.

Həftədə 2 dəfə gül kələmi yeməyə 10 səbəb var:

   1. Bir  stəkan çiy gül kələmi gündəlik C vitamini ehtiyacının yüzdə 50-ni, folat ehtiyacının yüzdə 14-nü, A vitamini ehtiyacının yüzdə 11-ni və pəhriz lifi ehtiyacının da yüzdə 9-nu təmin edir. 

2. Yaraların sağalmasını təmin edir. Şəkər xəstələri üçün vacibdir. 

3.  Çox güclü antioksidantdir, bədəni sərbəst radikallardan qoruyur.

4. Xolesterinin aşağı düşməsinə kömək olur. Tərkibindəki kalium sinirlərin ötürülməsi və ürək üçün  elektrolitdir.

5. Folat bədəndə yeni hüceyrələrin istehsalı və qorunması üçün lazımdır. 

6.  Gül kələmi  eyni zamanda dəri xərçənginin qarşısını alır. Cildi UV şüaların təsirlərinə qarşı qoruduğunu da qeyd etmək olur.

7.  Gül kələmindən istifadə ürək qan-damar sisteminə qoruyucu təsir göstərən maddələrin istehsalını təmin edir. 

8. Hər ay 3 dəfə gül  kələmindən istifadə etmək sidik kisəsi xərçənginə tutulma riskini 40 faiz azaldır. 

9. Ağciyər xərçəngindən qoruyur

10. Uşaqlarda sinir, beyin, sümük inkişafını təmin edir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti"

14 Dekabr 2019 10:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə