Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Üşüməyə səbəb olan xəstəliklər

Üşümək, ətraf istiliyinin ani dəyişikliyinə cavab olaraq ortaya çıxır. Qış aylarının aktual mövzularından biri olan üşümək çoxlarının problemi olur. Üşümənin davamlı hal aldığı və ya başqa şikayətlərin olduğu vəziyyətlərdə  həkimə müraciət etmək lazımdır. Üşüməyə bir sıra xəstəliklər səbəb ola bilər.

İnfeksiya xəstəlikləri: Xüsusilə qış aylarında soyuq dəymə, qrip, bronxit və sətəlcəm kimi xəstəliklərin ilk əlaməti üşümə, titrəmə və qızdırma ola bilir.

Anemiya: Üşümənin altında yatan bir başqa əhəmiyyətli səbəb isə cəmiyyətdə "qansızlıq" olaraq bilinən anemiya xəstəliyi. Əhəmiyyətli bir sağlamlıq problemi olan və olduqca sıx görülən anemiya xəstəliyinə qadınlarda daha çox rast gəlmək olar.

Hipoqlikemiya: Qan şəkəri səviyyəsinin 50 mg / dl və ya altına düşməsi "Hipoqlikemiya" olaraq adlandırılır. 20 yaş üzərindəki hər 10 adamdan birində görülən hipoqlikemik sürətlə müalicə edilməsi lazım olan bir problemdir. Əks halda huşunu itirmə, qalıcı və ya müvəqqəti beyin funksiya dəyişiklikləri kimi ziyanlar buraxa bilir.

Qalxanvari vəz xəstəlikləri: Bədənin maddələr mübadiləsinin təşkil qalxanvari vəzin sağlam çalışması bütün sistemlərin uyğunlaşma içində olmasını təmin edir.

Kardiyovaskular sistem xəstəlikləri: Damar sistemini maraqlandıran damar tıxanıqlığı və vaskulyar endotel ziyanı kimi xəstəliklərdə qan dövranının çatışmazlığı, əlaqədar orqanların qidalanma pozğunluğu və ya ətraf bölgələrin həssaslığı səbəbiylə xüsusilə qıçlarda və qollarda üşümə problemi inkişaf edə bilir.

Sinir sistemi xəstəlikləri: Sinir-əlaqə sistemi xəstəliklərində üşümə, hissizlik, hərəkət pozğunluğu kimi göstəricilərin altında nevropatik, əzələ xəstəlikləri və ya multiple skleroz kimi sistemik, irəliləyici xəstəliklər yata bilir.

Dəri xəstəlikləri: Xüsusilə dərini əhatə edən, müəyyən bir bölgədə və ya bütün sistemlərlə əlaqəli olan dermatomiyozit kimi dəri xəstəliklərində qızartı, tökülmək, sulanma və kəpəklənmə kimi əlamətlərdən əvvəl üşümə, titrəmə, həssaslıq ilk şikayətlənmələr ola bilir.

Üşüməmək üçün bədənin istilik itkisini önləmək üçün nə çox incə nə çox qalın geyinin. Bədən istiliyini qoruyacaq şəkildə, istisaxlayan xüsusiyyətli paltarlar seçin. Qidalanmanıza diqqət edin, həddən az və ya gərəyindən çox kalori almayın. İmmunitet sisteminizi vitaminlərlə möhkəmlədin. İdman bədənin istilik tarazlığını qorumaq üçün əhəmiyyətlidir.  Bu səbəblə qış mövsümündə də idman etməyə laqeyd yanaşmayın.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 Dekabr 2019 10:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə