Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Uşaqlarda boy problemləri” mövzusunda konfrans

“Uşaqlarda boy problemləri” mövzusunda konfrans

Səhiyyə Nazirliyinin “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018--2020-ci illər üçün Tədbirlər Planı”na əsasən, sağlamlıq imkanları məhdud olan uşaqların erkən aşkarlanması sahəsində profilaktik tədbirlərin görülməsi məqsədi ilə “Uşaqlarda boy problemləri” mövzusunda konfrans təşkil olunub. Konfrans Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı, “Novo Nordisk” şirkətinin dəstəyi ilə keçirilib.

İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova bildirib ki, Gəncə, Quba, Şəki, Lənkəran və ölkəmizin digər şəhərlərində bu mövzuda ilboyu seminarlar artıq keçirilib və yekun konfransı Bakıda təşkil olunub: “Bu tədbirlərin təşkilində əsas məqsəd – boy qısalığı olan uşaqların erkən aşkarlanması və sübutlara əsaslanan tibbi müalicənin aparılması ilə fiziki inkişafdan geri qalmanın və əlilliyin qarşısının alınmasıdır”.

Respublika Endokrinologiya Mərkəzinin direktor müavini Babək Salek Qənnadi uşaqlarda yaranan boy qısalığı problemlərinin ciddi məsələ olduğunu vurğulayaraq, bu məsələdə həkimləri, valideynləri məsuliyyətli olmağa və gənc nəslin sağlam inkişafına həssaslıqla yanaşmağa çağırıb.

Pediatr-endokrinoloqlar – Gündüz Əhmədov, Azad Əkbərzadə, İlsur Novruzov Nabat Ağayeva və digər mütəxəssislər çıxış edərək, boy patologiyalarının etiologiyası, patogenezi və təsnifatı, boy geriliklərinin diaqnostikası, boy geriliyinin müalicəsi ilə bağlı ətraflı məlumat veriblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 Dekabr 2019 10:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə