Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-noyabr aylarında 42,2 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur

Yanvar-noyabr aylarında 42,2 milyard manatlıq  sənaye məhsulu istehsal olunmuşdur

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-noyabr aylarında 42,2 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 13,9 faiz artmışdır.

Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, sənaye məhsulunun 70 faizi mədənçıxarma sektorunda, 25,1 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 3,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 27,1 faiz artmışdır.

Emal sektorunda hazır metal məmulatlarının istehsalı 82,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 80,6 faiz, tütün məmulatlarının istehsalı 55,7 faiz, içkilərin istehsalı 40 faiz, poliqrafiya məhsullarının istehsalı 39,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 36,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,9 faiz, mebel istehsalı 29,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 27,3 faiz, əczaçılıq məhsullarının istehsalı 24,7 faiz, kağız və karton istehsalı 23,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,1 faiz, geyim istehsalı 11,5 faiz, qida məhsullarının istehsalı 10,4 faiz, maşın və avadanlıqların istehsalı 5,2 faiz, tikinti materiallarının istehsalı 4,4 faiz, elektrik avadanlıqlarının istehsalı 1,3 faiz artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,3 faiz, neft məhsullarının istehsalı 3,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 10 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,9 faiz artmışdır.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

13 Dekabr 2019 11:23 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə