Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı həkim dünyanın 6 nevroloqundan biridir

Danimarkada yaşayan azərbaycanlı həkim, Dünya Baş Ağrıları Cəmiyyətinin sədri Məsud Aşina nüfuzlu Lundbek Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülüb.

Bununla bağlı Danimarkanın Lundbek Fondunun rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, fond tərəfindən, ümumilikdə, dünyanın altı aparıcı nevroloqu ümumi dəyəri 232 milyon Danimarka kronu (30 milyon avrodan çox) məbləğində mükafatla təltif edilib. Onlardan biri də Danimarkada yaşayan azərbaycanlı həkim M.Aşinadır.  

Qeyd edək ki, M.Aşina 1965-ci ildə Bakıda anadan olub. O, 1988-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi vəzifəsində çalışır. Eyni zamanda, Danimarka Başağrısı və Nevrologiya Mərkəzinin və İnsan Migren Araşdırmaları Mərkəzinin rəhbəridir. Xanımı Kəmalə Aşina stomatoloq işləyir və rəsmlə maraqlanır. Oğlu Xaqan tibb fakültəsində, qızı Sara gimnaziyada oxuyur. Qardaşı Səid Aşina – Nyu-York Universitetinin assosiativ professorudur. Səid yayda Harvard Universitetinə, daimi işə keçmək istəyir. O, həmçinin baş ağrıları üzrə mütəxəssisdir. Ancaq daha çox epidemiologiyaya köklənib.

 

Hazırladı:
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 Dekabr 2019 11:11 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə