Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Milli Şura” zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmir

“Milli Şura” zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmir

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov bildirib ki, “Milli Şura” özünün zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmir.

S.Novruov qeyd edib ki, Azərbaycanda 40-dan çox partiya artıq parlament seçkilərində iştirak edəcəyini bəyan edib: “Bundan əlavə, Azərbaycanda qeyri-hökumət təşkilatları, mətbuat nümayəndələri, yaradıcı insanlar, incəsənət xadimləri var və bu insanlar da seçkilərdə iştirak edəcəkləri ilə bağlı bəyanat veriblər, o cümlədən xaricdə təhsil alıb gəlmiş gənclər də seçkiyə böyük həvəs göstərirlər. Yəni namizədliklərini irəli sürmək üçün çox insanlar var”.
S.Novruzov bildirib ki, “Milli Şura” bir yanlış informasiyanı cəmiyyətə sırımaq istəyir ki, guya, onlar seçkidə iştirak etməsə, bu seçki qeyri-demokratik olacaq: “Dünyanın heç bir yerində, heç bir beynəlxalq hüquq normasında, Azərbaycan Respublikasının Konstitusiyasında, Seçki Məcəlləsində bununla bağlı bir müddəa yoxdur. Ona görə də kimin iştirak edib-etməməsi onun öz hüququdur. 
“Milli Şura” getsin Seçki Məcəlləsini diqqətlə oxusun. Onlar ya Seçki Məcəlləsini düzgün oxumayıblar, ya da ictimai rəyi çaşdırmaq və seçkilərin üzərinə kölgə salmaq istəyirlər. Onların sosial bazası, elektoratı yoxdur, bilirlər ki, xalq etimad göstərməyəcək. Bu baxımdan da özlərinin zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmirlər”.

“Xalq qəzeti”

 

13 Dekabr 2019 00:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə