Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Rusiya Qarabağ münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsi üçün əlindən gələni edəcək”

“Rusiya Qarabağ münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsi üçün əlindən gələni edəcək”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya ­Zaxarova Bratislavadakı danışıqlardan sonra Azərbaycan və Ermənistanın yaydığı bəyanatlardakı fərqli mövqeləri şərh edərkən bildirib ki, Rusiya Federasiyası Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsi üçün əlindən gələni edəcək.

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünə münasibət bildirən Mariya Zaxarova qeyd edib ki, tərəflər dialoqun gələcəyi haqqında baxışlarının uyğunsuzluğunu və ya mümkünsüzlüyünü qeydə almayıblar: “Biz tərəflərin dialoqun gələcəyi haqqında baxışlarının uyğunsuzluğu və ya mümkünsüzlüyünü qeydə almamışıq. Məncə, tərəflər də bu barədə danışmayıblar. O ki qaldı mövqelərin fərqliliyinə, bu, aydın məsələdir. Əks təqdirdə, danışıqlar prosesi olmazdı. 
Biz öz tərəfimizdən həlli gecikən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması naminə vasitəçi kimi bu dialoqun davam etdirilməsinə hər cür yardımı göstərəcəyik. Əlimizdən gələni edəcəyik ki, dialoq konstruktiv şəkildə davam etdirilsin və tərəflər qarşılıqlı məqbul həllə gəlib çıxa bilsinlər”.
M.Zaxarova Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərini müsbət qiymətləndirib.

“Xalq qəzeti”

 

13 Dekabr 2019 00:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə