Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndər biz veteranlara həmişə yüksək qiymət verib

Ulu öndər biz veteranlara həmişə yüksək qiymət verib

Ulu öndər Heydər Əliyev xalqımızın tarixinə müstəqil Azərbaycanın memarı və qurucusu, dövlətçiliyimizin xilaskarı kimi daxil olub. Müasir dövrdə azərbaycançılıq ideyasının yaradıcısı olan ümummilli lider Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi üçün misilsiz xidmətlər göstərib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ulu öndərin xatirəsinə ehtiramını bildirmək üçün dekabrın 12-də Fəxri xiyabana gələn Əfqanıstan müharibəsi veteranı, Azərbaycan və Rusiya Jurnalistlər birliklərinin üzvü, ehtiyatda olan ədliyyə polkovniki Əfrahim Təhməzov deyib. Ə.Təhməzov bildirib ki, ümummilli lider Heydər Əliyev veteranlara, o cümlədən Əfqanıstan müharibəsinin iştirakçılarına hər zaman diqqət və qayğı göstərirdi. Ulu öndər biz veteranları həmişə yüksək qiymətləndirərək deyib: 
– Dahi siyasətçi Heydər Əliyevin Vətən və xalq qarşısındakı çoxşaxəli siyasi fəaliyyətinin nəticəsi qüdrətli Azərbaycandır. Onun ölkə rəhbərliyinə tarixi qayıdışından sonra Azərbaycanda dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başladı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı parçalanma təhlükəsindən xilas etdi. Demək olar ki, müstəqil Azərbaycan öz nicatını Heydər Əliyevin hakimiyyətə qayıdışında tapdı. 
Həmin müddətdən ötən zaman xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və həlledici dövrdə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bir daha sübut etdi. Ümummilli liderin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, xarici əlaqələrində də dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlayıb. 
Əbədiyaşar liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, ordu quruculuğu, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

13 Dekabr 2019 00:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə