Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan–Rusiya İşgüzar Şurasının ümumi yığıncağında illik fəaliyyətin nəticələri və gələcək inkişaf üçün prioritetlər müzakirə edilib

Azərbaycan–Rusiya İşgüzar Şurasının ümumi yığıncağında illik fəaliyyətin nəticələri və gələcək inkişaf üçün prioritetlər müzakirə edilib

Dekabrın 11-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə Azərbaycan–Rusiya İşgüzar Şurasının ümumi yığıncağı keçirilib.  
Şuradan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə kənd təsərrüfatı, logistika, sənaye, turizm, maliyyə, tikinti və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 100-dən çox üzv şirkətin rəhbəri iştirak edib.
İclasda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan–Rusiya İşgüzar Şurasının iki ölkənin iqtisadi-ticarət əlaqələrinin inkişafında rolunu vurğulayıb, şuranın fəaliyyətinə hər cür dəstək göstəriləcəyini bildirib. İqtisadiyyat naziri sahibkarların biznes təşəbbüslərinin dəstəklənəcəyini, ixracın artırılması, strukturunun diversifikasiyası, mal çeşidinin və coğrafiyasının genişləndirilməsi üçün sistemli tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb, İşgüzar Şuranın üzvlərini İqtisadiyyat Nazirliyi ilə daha fəal əməkdaşlığa dəvət edib.
Azərbaycan–Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov bu təşəbbüsü fəal dəstəkləyib və bu formatın biznesin İqtisadiyyat Nazirliyi ilə effektiv əlaqə yaratmasına imkan verəcəyini vurğulayıb.
Səməd Qurbanov çıxışında il ərzində şuranın ən əlamətdar tədbirləri, o cümlədən Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi ilə birgə həyata keçirilən Rusiya sənaye müəssisələrinin işgüzar missiyası, Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil olunan Rusiya–Azərbaycan işgüzar dialoqu, onuncu Rusiya–Azərbaycan Regionlararası Forumu çərçivəsində İşgüzar şuraların geniştərkibli iclası, Hökumətlərarası Dövlət Komissiyasının iclasında iştirakı və s. barədə məlumat verib. O, ixtisaslaşmış komissiyaların fəaliyyətinin genişləndirilməsi istiqamətində İşgüzar Şuranın strukturunun gələcək inkişafını diqqətə çatdırıb. Yaxın gələcəkdə maliyyə və informasiya texnologiyaları sahəsində ixtisaslaşdırılmış komissiyaların yaradılacağını qeyd edib.
İclas zamanı komissiya sədrləri: “Turizm” – Anar Rəhmanov, “Qida məhsulları və kənd təsərrüfatı” – İsmayıl Orucov, “Logistika” – Natiq Heydərov, “Sertifikasiya və gömrük prosedurları” – Namiq Tağıyev və şirkət rəhbərləri: “AS Group Investment” – Şahin Mövsümov, “As Prof Logistics” – Cahid Qurbanov çıxışlarında ixtisaslaşdırılmış fəaliyyət sahələrində təklif və təşəbbüslərini təqdim ediblər. 

13 Dekabr 2019 00:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə