• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADNSU-nun rektoru UFAZ tələbələri ilə görüşüb

ADNSU-nun rektoru UFAZ tələbələri ilə görüşüb

Sentyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan-Fransız Universitetinin (UFAZ) I kurs tələbələri ilə görüşüb. Görüşdə UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov və UFAZ-ın baş katibi Şarlotta Payen də iştirak edib.

Tələbələri salamlayan və yeni tədris ilində onlara uğurlar arzu edən rektor Mustafa Babanlıonları həm ADNSU, həm də Strasburq Universitetinintələbəsi adını qazanmaları münasibətilə təbrik edib.UFAZ-da mükəmməl təhsil üçün hər cür şəraitin yaradıldığını qeyd edən rektor tələbələrin də onlara göstərilən bu qayğıdan maksimum şəkildə yararlanaraq öz üzərlərində çalışmalı olduqlarını bildirib.Tələbələrə təhsil aldıqları müddətdəuniversitet tərəfindən hər tələbəyə noutbuk veriləcəyini bildirən rektor M.Babanlıbunun onların biliklərinin artırılmasında böyük rol oynayacağını qeyd edib. Yeni labaratoriya korpusunun açılışından da danışan professor Mustafa Babanlı burada tələbələrin inkişafı üçün ən yeni avadanlıqların istifadəyə veriləcəyini qeyd edib. Tədris ilinin yekununda ən yaxşı nəticələri göstərən tələbələrin Strasburq Universitetinə 2 həftəlik səfərinin baş tutacağını bildirən rektor onlara bu fürsətdən maksimum yararlanıb öz biliklərini göstərməyi tövsiyə edib.

Tələbələrə həm ADNSU-nun, həm də Strasburq Universitetinin tələbə kartlarının veriləcəyini bildirən UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov onların da Strasburqun tələbələri ilə eyni imtiyazlardan yararlana biləcəklərini vurğulayıb.

Daha sonrarektor UFAZ-a 695 balla qəbul olunan, Prezident təqaüdçüsü Məryəm Babayevaya və UFAZ-ın daxili imtahanında ən yüksək nəticə göstərən Ləman Cəlilova və Kamran İsmayılzadəyə tələbə kartı və noutbuk təqdim edib.

Sonda rektor tələbələri  maraqlandıran sualları cavablandırıb.

 

ADNSU  İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

 

 

20 2018 17:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin