Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı həyatın bütün sahələrində özünü təsdiq edib”

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı həyatın bütün sahələrində özünü təsdiq edib. Müdrikcəsinə söylənilmiş bu fikir Azərbaycan və Türkiyə gəncləri üçün birgə inkişaf yolu, irəliyə aydın baxış fəlsəfəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankaranın Keçiörən rayon bələdiyyəsinin sədri Turqut Altınok bildirib.
Bələdiyyə sədri Azərbaycan–Türkiyə münasibətlərini bütün dünya üçün qardaşlıq, dostluq və tərəqqi nümunəsi kimi dəyərləndirib. O deyib ki, münasibətlərimizin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub.
Hər bir vətənsevər türkiyəli üçün qürurludur ki, Azərbaycan sürətlə inkişaf edir, böyük nailiyyətlər qazanır. Bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyevin öz xalqına bəxş etdiyi milli sərvətdir.

 

Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

 

13 Dekabr 2019 00:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə