Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi sayəsində Azərbaycan əzəmətli inkişaf yolu keçib”

Azərbaycan böyük uğurlar əldə edib və bu uğurlar deməyə əsas verir ki, ölkənin gələcəyi daha parlaqdır. Bütün bunların əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoyub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İraq Ədəbiyyatçılar və Yazıçılar Birliyinin Türkman mədəniyyət bürosunun sədri, İraq parlamentinin sabiq üzvü Fevzi Əkrəm Terzioğlu söyləyib.
Fevzi Əkrəm Terzioğlu bildirib ki, xalqların və ölkələrin taleyini liderlər həll edir. Keçmiş Sovet İttifaqının süqutu illərində ermənilərin Azərbaycana qarşı ərazi iddiaları fonunda ölkə çətin sınaqlardan çıxdı, şəhidlər verdi, ərazisinin bir qismi təcavüzkar Ermənistan tərəfindən işğal olundu. Bütün bu ağrılara baxmayaraq, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi sayəsində Azərbaycan bəlalardan xilas oldu və ötən dövrdə əzəmətli inkişaf yolu keçib. 
Bu gün Azərbaycanda Heydər Əliyevin ideyaları yaşayır. Ümumiyyətlə, xilaskar liderlərin ideyaları əbədiyaşar olur. Ulu öndər Heydər Əliyev öz xalqını təlatümlərdən xilas edən liderlər sırasında layiqli bir yer qazanıb.

 

Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

 

13 Dekabr 2019 00:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə