Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq artisti, “Şöhrət” ordenli professor Tofiq Bakıxanovun müəllif gecəsi konserti

Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında Azərbaycan bəstəkarı Ərtoğrul Cavidin 100 illiyinə həsr olunmuş Xalq artisti, “Şöhrət” ordenli professor Tofiq Bakıxanovun müəllif gecəsi konserti keçirilmişdir.
Gecəni giriş sözü ilə açan akademik Rafael Hüseynov bəstəkar Tofiq Bakıxanovun yaradıcılığı haqqında məruzə etmişdir. Xalq artisti, professor Ağaverdi Paşayevin rəhbərlik etdiyi Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə Tofiq Bakıxanovun “Naxçıvan simfonetta”sı (III hissə) əsəri, “Yadıma düşdü” (Mikayıl Müşfiq) , “Azərbaycan gölləri” (Tofiq Mütəllibov), “Sevən könül” (Süleyman Rüstəm), “Səninlə bağlıdır bəxtiyarlığım” (Abasqulu ağa Bakıxanov), “Bu gecə” (Siyavuş Məmmədzadə), Sahib Paşazadənin (tar) ifasında “Mürgi səhər”, “Mirayım” (Paşa Qəlbinur), “Arpaçay” (İsa Həbibbəyli), ”Naxçıvan” (Ramiq Muxtar) mahnıları səslənmişdir. Bu mahnıları Əməkdar artistlər Nuriyyə Hüseynova, Gülüstan Əliyeva, Aygün Bəylər, müğənnilər Cavid Hüseyn, Aygün Mübariz, Leyla Dadaşova, Fəxri Kazım, Nicat ifa etmişlər.
Konsertin sonunda Tofiq Bakıxanov çıxış edərək ifaçılara və tamaşaçılara minnətdarlığını bildirmişdir.

 

İttifaq Mizəbəyli, 
“Xalq qəzeti” 

13 Dekabr 2019 00:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə